Sabunçu rayonunda çağırışçılar hərbi xidmətə yola salındı
01 iyul 2018 | 20:00
“Azərbaycan Respublikası vətəndaşlarının 2018-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Azərbaycan Respublikası Prezidentinin imzaladığı müvafiq Sərəncama əsasən, 02.07.2018-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu Rayon İdarəsində rayon gənclərinin həqiqi hərbi xidmətə təntənəli yola salma mərasimi keçirilmişdir.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının I müavini Güloğlan Məmmədov, Sabunçu Rayon İcra Hakimiyyəti Başçısı Aparatının əməkdaşları, “Biz birliyin rəmziyik” devizli Sabunçu könüllüləri, məktəblilər, valideynlər, rayon ictimaiyyəti, Qeyri-Hökumət Təşkilatlarının nümayəndələri və Kütləvi İnformasiya Vasitələri iştirak edirdilər.
Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə çıxış edən Sabunçu Rayon İcra Hakimiyyəti başçısının I müavini Güloğlan Məmmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu Rayon İdarəsinin rəisi Rövşən Babayev, hərbi xidmətə çağırılan gənclərin valideynləri və çağırışçılar Azərbaycan Silahlı Qüvvələrinin keçdiyi şanlı tarixi yol, ordumuzun formalaşmasında və güclənməsində xalqımızın Ümummilli Lideri Heydər Əliyev və onun siyasi xəttini layiqincə davam etdirən Azərbaycan Respublikası Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyevin ordu quruculuğu istiqamətində həyata keçirdiyi islahatlar, aprel döyüşlərində ordumuzun əldə etdiyi uğurlar və gənclər arasında hərbi xidmətə böyük marağın artmasından söz açdılar, hərbi xidmətə yola salınan gənclərə yüksək dəyanətli, əzmkar olmağı, komandirlərin əmrlərinə sözsüz tabe olmağı tövsiyə etdilər və şərəflə hərbi xidməti bitirmələrini arzuladılar.
Çıxışlardan sonra tədbirin bədii hissəsi başlandı. Rayon məktəblilərinin ifasında vətənpərvərlik mövzusunda şerlər səsləndirildi, mahnılar oxundu və rəqslər edildi. Tədbirin sonunda hərbi xidmətə çağırılan gənclər musiqi sədaları altında Dövlət Bayrağı qarşısında diz çökərək bayrağı öpüb and içdilər və hərbi xidmətə yola salındılar.