Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Pirşağı qəsəbəsində sakinlərlə növbəti səyyar görüşü keçirildi
12 iyul 2018 | 20:00
Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Vəliyevin 13.07.2018-ci il tarixdə Pirşağı qəsəbəsində yerləşən 112 nömrəli tam orta ümumtəhsil məktəbinin akt zalında qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirilmişdir. Görüşdə RİH başçısının müavinləri, RİH başçısı aparatının şöbə müdirləri, YAP Sabunçu rayon təşkilatının sədri, hüquq-mühafizə orqanlarının rəhbərləri, bütün xidmət sahələrinin rəisləri, RİH başçısının qəsəbələr üzrə nümayəndələri və qəsəbə bələdiyyəsinin sədri iştirak edirdilər.
Tədbiri giriş sözü ilə açan RİH başçısı Adil Vəliyev səyyar görüşün məqsəd və mahiyyəti, ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən sosial, mədəni, siyasi islahatlar, təhsil, səhiyyə, sənaye, kənd təsərrüfatı, neft sənayesi və digər sahələrdə əldə olunan uğur və nailiyyətlər barədə geniş danışdı.
Daha sonra görüşdə iştirak edən sakinlər çıxış edərək rayonda gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirərək onları narahat edən bir sıra məsələlərin həlli ilə bağlı RİH başçısına müraciətlər etdilər və qaldırılan məsələlərlə bağlı RİH başçısı aidiyyəti qurumlara konkret tapşırıqlar verdi.