Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar tədbir keçirilib

10 dekabr 2013 | 20:00

10 dekabr 2013-ci il tarixində Yeni Azərbaycan Partiyasının Sabunçu rayon təşkilatının binasında Ulu Öndər Heydər Əliyevin anım gününə həsr edilmiş tədbir keçirildi.
         Əvvəlcə Ulu Öndərin həyat və fəaliyyətinə həsr edilmiş video çarx nümayiş olundu. Tədbir Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı.
         Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, Yeni Azərbaycan Partiyasının Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva, “Neftqazmaş” ASC-nin sədri Vahid Hacıyev,  Milli Təhlükəsizlik Nazirliyinin Sabunçu Rayon İdarəsinin rəisi Faiq Nuriyev və Milli Məclisin deputatları Qalib Salahzadə, Eldar Quliyev  çıxış edərək Ulu Öndərin həyat və fəaliyyətindən bəhs etdilər.
         Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev öz çıxında bildirdi ki: Heydər Əliyev epoxasi bütünlüklə yüksəliş  epoxasıdır. Onun parlaq siyasi zəkası, müdrikliyi sayəsində xalqımız öz milli-mənəvi dəyərlərini qoruyaraq yeni minilliyə inamla qədəm qoymuşdur. Tarixin nadir hallarda yetişdirdiyi görkəmli şəxsiyyətlərdən biri olan Heydər Əliyev olduqca  mürəkkəb bir dövrdə qarşıya çıxan bütün problemləri dəf edərək Azərbaycana regionda və dünyada layiqli yer qazandırmışdır.
         İstər Hakimiyyətinin birinci dövründə, istərsə də müstəqil Azərbaycana rəhbərlik etdiyi son on ildə yalnız vətənini və xalqını düşünən Heydər Əliyevin ürəyi müstəqilliyimizin möhkəmləndirilməsi, xalqın xoşbəxtliyi üçün çırpınırdı. O, Azərbaycanın ən çətin anlarında üzərinə düşmüş xilaskar missiyasını ləyaqətlə yerinə yetirmiş, bu yolda heyrətamiz fədəkarlıqlar göstərmiş, xalqı bir çox müdhiş bəlalardan hifz edə bilmişdir.
         O, fitri istedada və zəngin təcrübəsi hesabına hadisələrin gedişini qabaqcadan görür, böyük əhəmiyyət kəsb edən tarixi qərarlar qəbul edir və bu zaman əsl vətənpərvər mövqeyində dayanırdı.
         Heydər Əliyev zəngin və çoxəsrlik  Azərbaycan tarixində  dövlət başçısı və Prezident kimi müstəsna yer tutub. Onun çoxşaxəli fəaliyyəti əhəmiyyəti və dəyəri  baxımından ölkəsinin hüdudlarını aşır, dünyada gedən qlobal proseslərə öz təsirini göstərirdi.
       Heydər Əliyev həm də zəmanəsinin böyük mütəfəkkiri və filosofu olaraq Azərbaycançılıq fəlsəfəsini formalaşdırır və inkişaf etdirirdi. Məhz bu fəlsəfə Azərbaycanın müasir dünyada xüsusi yerini müəyyənləşdirmiş, milli dövlətçiliyimizin təməl prinsiplərini təşkil etmişdir.
         Daha sonra çıxış edən Yeni Azərbaycan Partiyasının Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva çıxışında dedi: “Biz Heydər Əliyevin bütöv bir şəxsiyyət kimi ucalığını hər zaman özümüzün həyat amalımız hesab edirik. Möhtərəm Ulu Öndər haqqında ən gözəl söz, ən müqəddəs fikir, ən həzin xatirə, ən yadda qalan an belə onun böyüklüyünü, mənən ucalığını, şəxsiyyət kimi bütövlüyünü, ictimai-siyasi xadim kimi tamlığını, vətəndaş kimi vətənpərvərliyini olduğu qədər əks etdirməkdə acizdir... Məhz belə olduğuna görə Heydər Əliyev həmişə xalqın yanında, haqqın yolunda idi. Bəli, tarixin sınaqları göstərdi ki, Heydər Əliyev Milli Lider, müstəqilliyimizin əbədi təminatçısı və dövlətçiliyimizin memarıdır. Ən çətin anda, taleyüklü məqamlarda haqqa söykənərək xalqa xidmət etmək onun həyat idealı idi. Bunu da zərgər dəqiqliyi ilə yenə əbədiyaşar və bəşərivarlıq olan Heydər Əliyev özü göstərirdi. Qəbul olunmuş bəşər qanunlarına görə tarixi şəxsiyyətlər yaradır, insanları tarix yaşadır və hökmü tarix verir. Heydər Əliyev Azərbaycanın milli müstəqillik, milli azadlıq, milli dövlətçilik tarixini yaradan şəxsiyyətdir. Artıq xalq və böyük rəhbərin monolit birliyi tarixin təntənəsinə çevrilib. Onun düşüncələri xalqımız üçün nurlu yol ideyaları, işıqlı sabahlarıdır.
         Heç bir şərh vermədən tam qətiyyətlə demək olar ki, Yeni Azərbaycan Partiyası Heydər Əliyevin bütöv və kamil bir şəxsiyyət kimi tamlığının böyük bir mərhələsini təşkil edir!
         İlk qurucusu,  ilham və istiqamətvericisi böyük şəxsiyyət, Ümummilli Lider Heydər Əliyev olan Yeni Azərbaycan Partiyasinin mübarizələrlə dolu olan tarixi fəaliyyəti bu gün cənab İlham Əliyevin rəhbərliyi altında uğurla davam edir.”
         Tədbirin sonunda Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev yekun sözü ilə çıxış edərək dedi: Dünya Azərbaycanlılarının həmrəyliyinə və birliyinə nail olmasında Heydər Əliyevin misilsiz xidmətləri var. O, dünya Azərbaycanlılarının müstəqil Azərbaycan ətrafında birləşməsi üçün yorulmadan çalışmış, bu istiqamətdə misilsiz qərarlar qəbul etmişdir.
         Ulu Öndər Heydər Əliyev Azərbaycana demokratiya və demokratik seçkilər, bəşəri dəyərlər  gətirmişdir. Onun bu istiqamətdə həyata keçirdiyi siyasət ölkənin hər bir vətəndaşının azad yaşamaq hüququnu təmin etmiş, hər kəsə öz rifahını yaxşılaşdırmaq imkanı yaratmışdır. Onun Prezidentliyi dövründə həyata keçirilən iqtisadi islahatlar, Azərbaycanın dünya iqtisadiyyatına ardıcıl sürətdə inteqrasiya etməsi ölkəmizin  gələcək tərəqqisinin rəhnidir.
        Öz fitri istedadı, iti zəkasi və nadir keyfiyyətləri hesabına yeni Azərbaycana, həyatımızın mövcud gerçəklərini yaradan Heydər Əliyev eyni zamanda gələcəyə aparan yolları da müəyyənləşdirmişdir.
      Bu gün hər birimizin taleyində dahi müasirimiz olan Heydər Əliyev dühasinin bir zərrəsi var. Onun həyatı və fəaliyyəti, şəxsiyyəti tariximizin ayrılmaz bir hissəsini təşkil edir. Heydər Əliyev elə zəngin irs qoyub ki, ondan hələ neçə-neçə nəsillər bəhrələnəcəkdir.
         Azərbaycan tarixində dərin, pozulmaz izlər qoymuş Heydər Əliyevin əziz və parlaq xatirəsi qədirbilən xalqımızın qəlbindən hec vaxt silinməyəcəkdir. Onun qurduğu Azərbaycan əbədi yaşayacaqdır.

Keçidlər