“Qəyyumluqda olan hər uşağa diqqət və qayğı!” layihəsi çərçivəsində valideyn himayəsindən məhrum olan uşaqlar üçün şənlik təşkil edildi
16 iyul 2018 | 20:00
Sabunçu Rayon İcra Hakimiyyəti başçısının yanında Qəyyumluq və Himayəçilik Komissiyası və “Ülvi” şadlıq evinin birgə təşkilatçılığı ilə “Qəyyumluqda olan hər uşağa diqqət və qayğı!” layihəsi çərçivəsində 17.07.2018-ci il tarixdə “Ülvi” şadlıq evində Sabunçu rayonu ərazisində yaşayan valideyn himayəsindən məhrum olmuş və qəyyumluğa verilmiş uşaqlar üçün şənlik təşkil edildi.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısı yanında fəaliyyət göstərən Yetkinlik yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın uşaqlarla iş üzrə məsləhətçi – psixoloqu Ramilə Quliyeva və RİH başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Ceyhun Abbasov iştirak edirdilər.
Şənlikdə uşaqlar onlar üçün hazırlanmış ləziz təamlardan dadaraq müxtəlif nağıl qəhrəmanları ilə şən musiqi sədaları altında rəqs etdilər, müxtəlif oyunlar oynadılar və gözəl mahnılar ifa etdilər. Uşaqlar şənlikdən xoş təəssüratlarla ayrıldılar.