Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Kürdəxanı qəsəbəsində sakinlərlə növbəti səyyar qəbulu keçirildi

26 iyul 2018 | 20:00
   Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Vəliyevin 27.07.2018-ci il tarixdə Kürdəxanı bələdiyyəsinin inzibati binasında qəsəbə sakinləri ilə növbəti səyyar qəbulu keçirilmişdir. Görüşdə RİH başçısının müavinləri,  RİH başçısı aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, bütün xidmət sahələrinin rəisləri və RİH başçısının qəsəbələr üzrə nümayəndələri iştirak edirdilər.
   Qəbulda iştirak edən sakinlər rayonda gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər və Rayon İcra Hakimiyyəti başçısının qəsəbələrdə mütəmadi olaraq keçirdiyi səyyar qəbul və görüşlərin əhalinin qaldırdığı məsələlərin operativ həllində böyük əhəmiyyət daşıdığını vurğuladılar.
   Sonra sakinləri narahat edən bir sıra məsələlər dinlənildi, ətraflı müzakirə olundu və qaldırılan məsələlərin operativ həlli ilə bağlı RİH başçısı aidiyyəti qurumlara konkret tapşırıqlar verdi.
Keçidlər