Şriftin ölçüsü :

Saytın rəngi :

Maştağa qəsəbəsi Savalan yaşayış sahəsində yeni məktəb binasının tikintisi başa çatır

30 iyul 2018 | 20:00
  Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev cənablarının rəhbərliyi və Heydər Əliyev Fondunun dəstəyi ilə ölkəmizdə təhsil sahəsində həyata keçirilən islahatlar nəticəsində  təhsilin əhatəliyi və keyfiyyəti yüksək səviyyəyə çatmış və müasir dövrün tələblərinə cavab verən dünyəvi təhsil sistemi formalaşmışdır. Gündən-günə inkişafa doğru addımlayan təhsilimizin normativ-hüquqi, maddi-texniki bazası ən yüksək səviyyədə təşkil olunur, məzmunu yenilənir, informasiya-kommunikasiya texnologiyalarının tətbiqi əhəmiyyətli dərəcədə genişlənir və müasir tələblərə cavab verən yeni-yeni məktəblər tikilir.
  Yeni  məktəblərdən biri də Heydər Əliyev Fondunun maliyyə dəstəyi və Sabunçu Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Sabunçu rayonu Maştağa qəsəbəsi Savalan yaşayış sahəsində inşa olunmuşdur. Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə razılaşdırılmış layihə əsasında, müasir tələblərə cavab verən, 2 ha ərazidə inşa edilən 3 mərtəbəli, 960 şagird yerlik yeni məktəb zəruri mebel və avadanlıqlar və maddi-texniki təchizatla tam təmin ediləcəkdir. Yeni məktəb binasının yeni tədris ilində şagirdlərin ixtiyarına verilməsi nəzərdə tutulmuşdur.
 
Keçidlər