Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Nardaran qəsəbəsində sakinlərlə növbəti səyyar görüşü keçirildi
02 avqust 2018 | 20:00
Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Vəliyevin 03.08.2018-ci il tarixdə Nardaran qəsəbəsində yerləşən 130 nömrəli tam orta ümumtəhsil məktəbində qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirilmişdir. Görüşdə RİH başçısının müavinləri, RİH başçısı aparatının şöbə müdirləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, bütün xidmət sahələrinin rəisləri və RİH başçısının qəsəbələr üzrə nümayəndələri iştirak edirdilər.
Qəbulda iştirak edən sakinlər rayonda gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər və Rayon İcra Hakimiyyəti başçısının qəsəbələrdə mütəmadi olaraq keçirdiyi səyyar qəbul və görüşlərin əhalinin qaldırdığı məsələlərin operativ həllində böyük əhəmiyyət daşıdığını vurğuladılar.
Sonra sakinləri narahat edən bir sıra məsələlər dinlənildi, ətraflı müzakirə olundu və qaldırılan məsələlərin operativ həlli ilə bağlı RİH başçısı aidiyyəti qurumlara konkret tapşırıqlar verdi.
Sonra sakinləri narahat edən bir sıra məsələlər dinlənildi, ətraflı müzakirə olundu və qaldırılan məsələlərin operativ həlli ilə bağlı RİH başçısı aidiyyəti qurumlara konkret tapşırıqlar verdi.