Şriftin ölçüsü :

Saytın rəngi :

Bakıxanov qəsəbəsində “Salam, Əsgər!” adlı aksiya keçirilmişdir

12 avqust 2018 | 20:00
  Sabunçu Rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə “18 avqust – Sərhəd qoşunları əməkdaşlarının peşə bayramı günü” münasibətilə 13 avqust 2018-ci il tarixdə rayonun Bakıxanov qəsəbəsi Y.Əliyev küçəsində yerləşən istirahət parkında “Salam, Əsgər!” adlı aksiya keçirilmişdir. Aksiya iştirakçıları xüsusi hazırlanmış guşəyə yaxınlaşaraq Azərbaycan Ordusu sıralarında xidmət edən igid əsgərlərə səmimi duyğular və xoş arzular əks etdirən məktublar ünvanlamışlar.
  Aksiyada Sabunçu Rayon İcra Hakimiyyətinin “Biz birliyin rəmziyik” devizli könüllüləri ilə yanaşı, Sabunçu rayon Gənclər və İdman İdarəsi və Sabunçu Gənclər Evinin fəal gəncləri, müxtəlif müəssisə və təşkilatların əməkdaşları, məktəblilər və qəsəbə sakinləri də fəal iştirak etmişlər.
  Aksiya rayon gənclərinin ifasında vətənpərvərliyə həsr olunmuş bədii proqramla davam etmişdir.
  Qeyd edək ki, “Salam, əsgər!” adlı aksiyanın digər qəsəbələrdə də keçirilməsi nəzərdə tutulmuşdur.
 
Keçidlər