Şriftin ölçüsü :

Saytın rəngi :

Maştağa qəsəbəsində “Salam, Əsgər!” adlı aksiya keçirilmişdir

14 avqust 2018 | 20:00
  Sabunçu Rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə “18 avqust – Sərhəd qoşunları əməkdaşlarının peşə bayramı günü” münasibətilə 15 avqust 2018-ci il tarixdə rayonun Maştağa qəsəbəsi Maştağa mədəniyyət – istirahət parkında “Salam, Əsgər!” adlı aksiya keçirilmişdir. Aksiya iştirakçıları xüsusi hazırlanmış guşəyə yaxınlaşaraq Azərbaycan Ordusu sıralarında xidmət edən igid əsgərlərə səmimi duyğular və xoş arzular ifadə edən məktublar ünvanlamışlar.
  Aksiyada Sabunçu Rayon İcra Hakimiyyətinin “Biz birliyin rəmziyik” devizli könüllüləri ilə yanaşı,  Sabunçu Gənclər Evinin fəal gəncləri, müxtəlif müəssisə və təşkilatların əməkdaşları, məktəblilər və qəsəbə sakinləri də fəal iştirak etmişlər.
Aksiya rayon gənclərinin ifasında vətənpərvərliyə həsr olunmuş bədii proqramla davam etmişdir.
 
Keçidlər