Şriftin ölçüsü :

Saytın rəngi :

“Biz birliyin rəmziyik” devizli Sabunçu könüllüləri Bilgəh qəsəbəsində yerləşən 11 nömrəli inteqrasiya təlimli internat məktəbi ilə tanış oldular

19 avqust 2018 | 20:00
  20.08.2018-ci il tarixdə Sabunçu rayon İcra Hakimiyyətinin “Biz birliyin rəmziyik” devizli könüllüləri “Rayonumuzu tanıyaq” layihəsi çərçivəsində Bilgəh qəsəbəsində yerləşən 11 nömrəli inteqrasiya təlimli internat məktəbi ilə tanış oldular.
11 nömrəli inteqrasiya təlimli internat məktəbinin direktoru Gülnarə Abdullayeva könüllülərə məlumat verərək bildirdi ki, bu müəssisə 1961-ci ildə Rayon Təhsil Şöbəsinin  tabeçiliyində fəaliyyətə başlamışdır. 2003-cü ildə internat məktəbinin  nəzdində  aztəminatlı ailələrin övladları üçün ümumtəhsil sinifləri açılmışdır.
  2007-2008-ci tədris  ilində Təhsil Nazirliyinin tabeçiliyinə keçən internat məktəbinin adı dəyişdirilərək 11 nömrəli Xüsusi   internat  məktəbi adlandırılmışdır. 2009-2010-cu  tədris ilində aztəminatlı ailələrin uşaqlarının internat məktəbinə  düşmə  riskini  azaltmaq   məqsədi ilə  internat  məktəbinin tərkibində 3-6 yaşlı uşaqlar üçün Günərzi Qayğı Mərkəzi və USİ keçirmiş uşaqlar üçün Reablitasiya Mərkəzi yaradılmışdır.
  28.02.2014-cü ildə ARNK-qərarı ilə  internat  məktəbinin adı dəyişdirilərək, 11 nömrəli İnteqrasiya təlimli internat  məktəbi adlandırılmışdır.
  Qeyd olundu ki, internat məktəbi Heydər Əliyev Fondunun “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramı çərçivəsində yenidən qurulmuşdur. 2017-ci il martın 1-də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva internat məktəbinin yenidənqurmadan sonra açılışında iştirak etmişdir.
Məktəbdə tədris emalatxanaları, təsviri incəsənət kabineti, animasiya studiyası, fizika, kimya və biologiya laboratoriyaları, kitabxana, dərs və kompüter otaqları, həmçinin idman zalı fəaliyyət göstərir.
  Sabunçu könüllüləri burada şagirdlərin  müxtəlif  peşələrə yiyələnməsi və gələcək həyatlarında özlərini təmin etməsi üçün yaradılan şəraitlə də tanış oldular. Belə ki, şagirdlərə taxta üzərində oyma, tikiş və toxuma ilə bərabər  müxtəlif  sənətlər (qabilen, izonit, keramika, dulusçuluq, mazayka xalçaçılıq və s.) öyrədilir. İnternat məktəbində şagirdlərin marağını nəzərə alaraq onlar üçün “Art” studiya yaradılmış və şagirdlərə sənət öyrətmək üçün sənətkarlar, ustalar dəvət edilmiş və onlar təmənnasız şagirdlərə bir çox sənətləri öyrətmişdir. Şagirdlərin rəsmə olan marağı inkişaf etdirilmiş, qrafika  və animasiya studiyası yaradılmışdır. Şagirdlərin “Qurama” adlı animasiya studiyasında onlar  müxtəlif mövzularda ssenarilər yazır, şəkillər çəkir, onları hərəkətə gətirərək müxtəlif sosioloji çarxlar hazırlayırlar. Şagirdlərin hazırladıqları əl işləri müxtəlif sərgilərdə və müsabiqələrdə nümayiş etdirilmiş və layiqli yerlər tutmuşdur.
  Daha sonra könüllülər məktəbin həyətində şagirdlər tərəfindən yaradılmış geniş abadlıq-quruculuq və yaşıllaşdırma işləri ilə də tanış oldular. Həmçinin, həyətdə uşaqlar üçün idman meydançaları, müxtəlif attraksion, qurğu və yelləncəklər qoyulmuş, əyləncə-istirahət guşələri yaradılmışdır.
 
Keçidlər