Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda “Dini mərasimlər: ənənəvilik və müasirlik” mövzusunda konfrans keçirilmişdir

02 sentyabr 2018 | 20:00
  03.09.2018-ci il tarixdə Sabunçu rayonu Bakıxanov qəsəbəsində Sabunçu Rayon İcra Hakimiyyəti və  Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət  Komitəsinin birgə təşkilatçılığı ilə “Dini mərasimlər: ənənəvilik və müasirlik” mövzusunda konfrans keçirilmişdir. Konfransda Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət  Komitəsinin sədri Mübariz Qurbanov, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət  Komitəsinin sədr müavini Gündüz İsmayılov, Sabunçu Rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Ədalət Teymurov, Sabunçu Rayon Polis İdarəsinin rəisi Eldar İlyasov, DTX-nin Sabunçu İdarəsinin rəisi Tuncay Məmmədov,  Sabunçu rayon İcra Hakimiyyəti Başçısının qəsəbələr üzrə nümayəndələri, Sabunçu rayon qəsəbə bələdiyyələrinin sədrləri, Rayon Ağsaqqallar Şurasının  üzvləri, rayon ərazisində fəaliyyət göstərən məscidlərin imamları, dini icma sədrləri və  üzvləri iştirak edirdilər.
  Tədbiri giriş sözü ilə Sabunçu Rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Ədalət Teymurov açaraq dövlət-din münasibətləri, məhərrəmlik ayının başlanması ilə əlaqədar rayon ərazisində fəaliyyət göstərən məscidlər və dini icmalarda dini mərasimlərin təşkili istiqamətində zəruri tədbirlərin görülməsi və digər məsələlər barədə ətraflı məlumat verdi.
  Tədbirdə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət  Komitəsinin sədri Mübariz Qurbanov, Sabunçu rayonu “İmam Rza” məscidinin imamı Əmirxan Tahirov, “Rəhimə Xanım ziyarətgahı” məscidinin imamı, Rayon qazisi Musa Qadımov və digərləri islam tarixi, islamın mahiyyəti, ənənəvi dini mərasimlər, dinin müasir tələblərlə uzlaşması, islam ənənələrindəki  xurafatların cəmiyyətə ziyanı və dünyada elmi tərəqqinin inkişafından söz açdılar.
 
Keçidlər