Şriftin ölçüsü :

Saytın rəngi :

TARİXİ YARADAN ŞƏXSİYYƏT

10 dekabr 2013 | 20:00

10 dekabr 2013-cü il tarixində saat 15 00 –da Maştağa qəsəbəsində yerləşən 10 nömrəli musiqi məktəbində Sabunçu rayon İcra Hakimiyyəti tərəfindən müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim ümummilli lider Heydər Əliyevin vəfatının 10-cu il dönümü ilə əlaqədar tədbir keçirilmişdir.
    Tədbirdə Sabunçu rayon İcra Hakimiyyəti başçısının müavini, rayon İcra Hakimiyyəti aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin və İnformasiya təminatı və təhlili sektorunun əməkdaşları, Maştağa bələdiyyəsinin sədri, eləcə də rayonun musiqi məktəblərinin şagird və müəllim kollektivləri iştirak etmişlər.
    Tədbir iştirakçıları əvvəlcə Maştağa Mədəniyyət parkında ucaldılmış ulu öndər Heydər Əliyevin heykəli önünə əklil qoyublar, onun əziz xatirəsini ehtiramla yad ediblər.
    Sonra ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş tədbir açıq elan olunaraq ulu öndərin həyat və fəaliyyətini əks etdirən video film nümayiş olundu.
    Tədbirdə çıxış edən Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Məmmədova Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs etdi. Arzu Məmmədova çıxışında dedi : “Ulu öndər Heydər Əliyev yalnız Azərbaycanın deyil, dünya tarixinə daxil olmuş şəxsiyyətdir. Onun siyasi fəaliyyəti, Vətəninə, xalqına təmənnasız, müqəddəs xidməti güclü bir məktəb, tükənməz xəzinədir. Hər bir dövlətin tarixində elə şəxsiyyətlər var ki, onlar bütövlükdə xalqın taleyini dəyişirlər. Heydər Əliyev müasir, demokratik Azərbaycanı yaratdı, onu dünyanın nüfuzlu ölkəsinə çevirdi. Heydər Əliyevin xalqımıza miras qoyduğu müstəqil Azərbaycan ulu öndərin yadigarı, siyasi varisi, onun ölməz ideyaları ilə silahlanmış Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə gələcəyə inamla addımlayır.”
    Tədbir 187 və 271 nömrəli tam orta məktəblərin X sinif şagirdləri Amin İsmayıllı, Harun Kərimlinin bədii qiraətləri və Ü.Hacıbəyov adına Musiqi Akademiyasının I kurs tələbəsi İnci Azmanlının fortopianoda Azərbaycan və dünya klassiklərinin ruha xitab edən əsərlərindən ibarət ifalarla zənginləşdi.

Keçidlər