Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən qəyyumluqda olan və imtiyazlı ailələrdə təhsil alan uşaqlar məktəbli formaları ilə təmin olundu

10 sentyabr 2018 | 20:00
  11.09.2018-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyətinin inzibati binasında qəyyumluqda olan  və imtiyazlı ailələrdə təhsil alan şagirdlər Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən məktəbli formaları ilə təmin olundu. Tədbirdə Rayon İcra Hakimiyyəti başçısının İctimai-siyasi və humanitar məsələlər üzrə müavini Rəna Fərəcova və RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşları iştirak edirdilər. Rəna Fərəcova çıxışında Ulu Öndər Heydər Əliyevin təhsilə göstərdiyi diqqət və qayğıdan söz açaraq, ölkədə təhsil siyasətinin Cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğuladı. 2017-2018-ci tədris ilində Sabunçu rayon məktəblilərinin nailiyyətləri və qəbul imtahanlarında əldə olunan yüksək nəticələri diqqətə çatdıran Rəna Fərəcova bu tədbirin ənənəvi olaraq hər il Rayon İcra Hakimiyyəti tərəfindən imtiyazlı və aztəminatlı ailələrin sosial rifahı nəzərə alınmaqla məktəblilərin təhsilə cəlb olunmasına dəstək məqsədilə həyata keçirildiyini qeyd etdi.
  Tədbirin sonunda Rəna Fərəcova 50 şagirdə məktəbli formalarını təqdim edərək hər birini yeni tədris ili münasibətilə təbrik etdi.
Keçidlər