Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Ramana qəsəbəsində sakinlərlə növbəti səyyar qəbulu keçirildi

13 sentyabr 2018 | 20:00
   Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Vəliyevin 14.09.2018-ci il tarixdə Ramana qəsəbə nümayəndəliyinin inzibati binasında qəsəbə sakinləri ilə növbəti səyyar qəbulu keçirilmişdir. Qəbulda RİH başçısının müavinləri, RİH başçısı aparatının şöbə müdirləri, RİH başçısının qəsəbələr üzrə nümayəndələri, Ramana qəsəbəsinin bələdiyyə sədri və bütün xidmət sahələrinin rəisləri iştirak edirdilər.
  Qəbulda iştirak edən sakinlər rayonda gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirdilər və Rayon İcra Hakimiyyəti başçısının qəsəbələrdə mütəmadi olaraq keçirdiyi səyyar qəbul və görüşlərin əhalinin qaldırdığı məsələlərin operativ həllində böyük əhəmiyyət daşıdığını vurğuladılar.
  Sonra sakinləri narahat edən bir sıra məsələlər dinlənildi, ətraflı müzakirə olundu və qaldırılan məsələlərin operativ həlli ilə bağlı RİH başçısı aidiyyəti qurumlara konkret tapşırıqlar verdi.
Keçidlər