Sabunçu rayonunda “Şəhidlik-mənəvi dəyər kimi” mövzusunda seminar-treninq keçirilmişdir
26 sentyabr 2018 | 20:00
27.09.2018-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində olan Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təşkilatçılığı ilə Sabunçu rayonunda Məhərrəmlik ayı ilə əlaqədar “Şəhidlik-mənəvi dəyər kimi” mövzusunda seminar-treninq keçirildi.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Ədalət Teymurov, Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov, icraçı direktorun müavini Ceyhun Əliyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhər üzrə şöbəsinin müdiri Anar Kazımov, rayonda fəaliyyət göstərən dini icma sədrləri, məscidin imamları və din xadimləri iştirak etdilər.
Tədbiri giriş sözü ilə açan Sabunçu Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Ədalət Teymurov bu kimi maarifləndirici xarakterli tədbirlərin böyük əhəmiyyətə malik olduğunu bildirməklə yanaşı, respublikada milli-mənəvi dəyərlərin qorunması, inkişafı, dini etiqad azadlığı, vətəndaşların dini inanclarının təminatı, dövlət-din münasibətləri, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması, dini icmaların, imamların, din xadimlərinin islam dininin mahiyyəti, əhəmiyyəti, dünyəviliyi barədə apardıqları müsbətyönümlü təbliğatın əhəmiyyəti, ölkə rəhbərinin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni və digər sahələrlə bağlı qəbul etdiyi qərarlar, imzaladığı sərəncamlar, həyata keçirdiyi islahatlar barədə geniş məlumat verdi.
Tədbirdə çıxış edən Fondun icraçı direktoru Mehman İsmayılov Kərbəla şəhidlərinin əsrlər boyu xalqımız tərəfindən hörmət və ehtiramla yad edildiyini bildirdi. İcraçı direktor dinin siyasiləşdirilməsi cəhdlərinin dini-mənəvi dəyərlərimizə böyük zərbə vurduğunu da diqqətə çatdırdı.
Daha sonra çıxış edən Fondun icraçı direktorunun müavini Ceyhun Əliyev, “Rəhimə Xanım ziyərətgahı” Dini icmanın sədri Musa Qasımov, Nardaran qəsəbə sakini Hacı Nuri və digər çıxış edənlər bu kimi tədbirləri əhəmiyyəti, ölkədə dini dəyərlərin qorunub inkişaf etdirilməsində görülən əhəmiyyətli işlər, şəhidlik anlayışı, onun mahiyyəti və Aşura mərasimi haqqında geniş danışaraq Kərbəla şəhidləri ilə yanaşı, Qarabağ şəhidlərinin də yad edilməsinin vacibliyi və ölkə rəhbərinin xalqımızın firəvan, xoşbəxt yaşaması, ölkəmizin iqtisadi qüdrətinin daha da artması istiqamətində gördüyü işlərdən söz açdılar.