Sabunçu rayonunda “1 oktyabr-Beynəlxalq Ahıllar Günü” qeyd edildi
27 sentyabr 2018 | 20:00
28.09.2018-ci il tarixdə Sabunçu rayon İcra Hakimiyyətinin dəstəyi, Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Sabunçu rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı və YAP Sabunçu rayon təşkilatının iştirakı ilə rayonun Bilgəh qəsəbəsində yerləşən Pensiya yaşına çatmış şəxslər üçün sosial xidmət müəssisəsində “1 oktyabr-Beynəlxalq Ahıllar Günü” ilə əlaqədar tədbir keçirildi.
Tədbir ilk olaraq sosial xidmət müəssisəsinin bir qrup üzvünün Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin Heydər Əliyev adına Akademiyasının Şöhrət muzeyinə ekskursiyası ilə başlanıldı. Muzey ekskursiyasından sonra ahıllar arasında nərd yarışı keçirildi.Tədbirdə iştirak edən Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov çıxışında bu tarixin beynəlxalq səviyyədə qeyd edilməsinin ahıllara diqqət və qayğının artırılması məqsədi daşıdığını bildirdi. R.Abbasov, həmçinin son illərdə pensiya yaşına çatmış şəxslər üçün Prezident cənab İlham Əliyevin tapşırığı ilə sosial xidmət müəssisəsində əsaslı təmir və yenidənqurma işləri və ahıl insanlar üçün yaradılan yaşayış şəraitinin yaxşılaşdırılmasından danışdı.

Tədbirdə çıxış edən Sabunçu rayon İcra Hakimiyyəti başçısının müavini Rəna FərəcovaBMT-nin Baş Məclisi tərəfindən 1992-ci ildə ahılların müdafiəsi ilə bağlı qətnamə qəbul edilərək hər il oktyabrın 1-i bütün dünyada Beynəlxalq Ahıllar günü kimi qeyd olunmasına baxmayaraq, cəmiyyətimizdə yaşlı insanlara diqqət və qayğının ən qədim dövrlərdən etibarən mövcudluğunu qeyd etdi. R.Fərəcova onu da vurğuladı ki, bu tarixin beynəlxalq səviyyədə qeyd olunması isə ahıllara diqqət və qayğının daha da artırılması məqsədi daşıyır.
Millət vəkili Dilarə Cəbrayılova çıxış edərək bildirdi ki, Azərbaycanda ahıl insanlara dövlət qayğısı ildən-ilə artır. Xalqımızın Ümummilli Lideri Heydər Əliyev ahıl insanlara, onların problemlərinə hər zaman böyük diqqət və qayğı ilə yanaşıb və 22 iyun 2001-ci il tarixdə "Ahıllara sosial xidmət haqqında" Qanun qəbul olunub. Həmin Qanuna əsasən, ölkədə 70 yaşına çatan Azərbaycan vətəndaşları, habelə ölkəmizdə daimi yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslər ahıl hesab olunur.
YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva çıxışında qeyd etdi ki, böyüklərə hörmət və qayğı hər bir insanın mənəvi borcudur. Cəmiyyətdə əxlaqi dəyərlərin təbliğində, məhz böyüklərə hörmət, qayğı hissinin formalaşdırılması vacib məsələlərdəndir. Bu, cəmiyyəti yaşadan ən əsas prinsiplərdən biridir.
Müəssisənin sakinləri də çıxış edərək ölkə rəhbərliyinin onlara göstərdikləri diqqət və qayğıya görə minnətdarlıqlarını bildirdilər.Çıxışlardan sonra ahıllar arasında keçirilən nərd yarışının qalibləri mükafatlandırıldı və sonda xatirə şəkli çəkildi.