Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Kürdəxanı qəsəbəsində sakinlərlə növbəti səyyar görüşü keçirildi

28 sentyabr 2018 | 20:00
   Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Vəliyevin 29.09.2018-ci il tarixdə Kürdəxanı qəsəbə nümayəndəliyinin inzibati binasında qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirilmişdir. Görüşdə RİH başçısının müavinləri, RİH başçısı aparatının şöbə müdirləri, RİH başçısının qəsəbələr üzrə nümayəndələri və bütün xidmət sahələrinin rəisləri iştirak edirdilər.
 Qəbula gələn sakinlər rayonda gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirərək onları narahat edən bir sıra məsələlərin həlli ilə bağlı RİH başçısına müraciətlər etdilər.
   Müraciət və təkliflər dinlənildikdən sonra sakinlərə müvafiq izahatlar verilərək qaldırılan məsələlərin həlli istiqamətində rayon rəhbəri tərəfindən müvafiq qurumların rəhbərlərinə konkret tapşırıqlar verildi.
Keçidlər