Şriftin ölçüsü :

Saytın rəngi :

“Biz birliyin rəmziyik” devizli Sabunçu könüllüləri “Dünya Türklərinin Həmrəyliyi Günü” münasibətilə keçirilən tədbirdə iştirak etdilər

02 oktyabr 2018 | 20:00
  Oktyabrın 3-də Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, “Müasir İnkişaf” və “Gənclərin Töhfəsi” İctimai birlikləri tərəfindən Dünya Türklərinin Həmrəylik Günü münasibətilə tədbir keçirildi. Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin “Biz birliyin rəmziyik” devizli könüllüləri də fəal iştirak etdilər.
  Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında keçirilən tədbirdə əvvəlcə Xalq artisti Azərinin ifasında “Ey Turanım!” mahnısı səsləndirildi. Sonra səhnəyə türkdilli ölkələrin dövlət bayraqları gətirildi.
  Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu çıxış edərək türkdilli dövlətlərin tarixindən danışdı. O, bir çox xalqların tarixin səhifələrindən silindiyi halda türk xalqlarının inkişaf yolu keçdiyini vurğulayaraq dedi: “Türkdilli xalqlar dünyaya sülh, rifah, ədalət, inkişaf gətiriblər. XXI əsrdə türkdilli dövlətlər qarşısında yeni missiyalar ortaya çıxarıb. Bu dövlətlər bütövlükdə Avrasiyaya sülh, barış gətirirlər. 1990-cı illərin əvvəllərində türkdilli xalqların birliyinin təbliği üçün mühüm addımlar atılıb. Bu birliyin olması üçün siyasi iradə lazım idi və bu proses uğurla davam etdirildi. Azərbaycan Prezidenti cənab İlham Əliyev türkdilli xalqların həmrəyliyinə, birliyinə böyük töhfələr verib. Bu siyasəti davam etdirən Prezident İlham Əliyevin təklifi ilə Naxçıvanda təsis edilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası bu baxımdan çox böyük addımdır”.
  “Müasir İnkişaf” İctimai Birliyinin sədri Mübariz Göyüşlü, “Gənclərin Töhfəsi” İctimai Birliyinin sədri Asim Vəliyev, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov türkdilli dövlətlərin birliyinin daha da inkişaf etdirilməsi istiqamətində görülən işlərdən söz açdılar.
  Sonra tədbir bədii hissə ilə davam etdi. Tədbirdə vətənpərvər mahnıların mahir ifaçısı Şəmistan Əlizamanlının, Əməkdar artist Nuriyyə Hüseynovanın ifasında mahnılar səsləndirildi. Bakı Dövlət Universitetinin tələbəsi, “Vətənim Azərbaycan” bədii qiraət müsabiqəsinin qalibi Rauf Əliyevin ifasında “Əzəl axır dünya bizim olacaq”, “Qarabağı vermərəm” şeirləri, Fəda Nəsirlinin və Təhminə Quliyevanın ifasında rəqs nömrəsi, Azərbaycan Alpaqut Federasiyasının idmançılarının nümunəvi çıxışları böyük maraqla qarşılandı.
  Sonra tədbirin fəal iştirakçıları mükafatlandırıldı.
 
Keçidlər