Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Bakıxanov qəsəbəsində növbəti vətəndaş qəbulu keçirildi

04 oktyabr 2018 | 20:00
Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Vəliyevin 05.10.2018-ci il tarixdə Sabunçu rayon İcra Hakimiyyətinin inzibati binasında növbəti vətəndaş qəbulu keçirilmişdir. Qəbulda RİH başçısının müavinləri, RİH başçısı aparatının şöbə müdirləri və RİH başçısının qəsəbələr üzrə nümayəndələri iştirak edirdilər.
Qəbula gələn sakinlər rayonda gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirərək onları narahat edən məsələlərin həlli ilə bağlı RİH başçısına müraciətlər etdilər.
Müraciətlər dinlənildikdən sonra qaldırılan məsələlərin həlli istiqamətində rayon rəhbəri tərəfindən müvafiq qurumların rəhbərlərinə konkret tapşırıqlar verildi.
Keçidlər