Sabunçu rayonunun Balaxanı bələdiyyəsi tərəfindən 2018-ci ilin sentyabr ayı ərzində aparılan abadlıq - quruculuq işləri haqqında məlumat
09 oktyabr 2018 | 20:00
Sabunçu rayonunun Balaxanı bələdiyyəsi tərəfindən 2018-ci ilin sentyabr ayı ərzində qəsəbə qəbirstanlığının girişinə qapı qoyulmuş, insanların rahat ziyarət edə bilməsi üçün pilləkənlər salınmış, divarlar ağardılmış və sökülmüş hasarlar bərpa olunmuşdur.
Həmçinin, 2018-2019-cu tədris ilinin başlanılması ilə əlaqədar 5 aztəminatlı ailədə təhsil alan uşaqlar məktəb ləvazimatları ilə təmin olunmuşlar.