Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Bilgəh qəsəbəsində sakinlərlə növbəti səyyar görüşü keçirildi
11 oktyabr 2018 | 20:00
Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Vəliyevin 12.10.2018-ci il tarixdə Bilgəh qəsəbəsində yerləşən 142 nömrəli tam orta məktəbdə qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirilmişdir. Görüşdə Prezident Administrasiyasında sektor müdiri Tağı Tağıyev, RİH başçısının müavinləri,hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH başçısı aparatının şöbə müdirləri, RİH başçısının qəsəbələr üzrə nümayəndələri, Bilgəh bələdiyyə sədri və bütün xidmət sahələrinin rəisləri iştirak edirdilər.
Səyyar görüşdə iştirak edən sakinlər rayonda gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirərək onları narahat edən bir sıra məsələlərin həlli ilə bağlı RİH başçısına müraciətlər etdilər.
Müraciət və təkliflər dinlənildikdən sonra sakinlərə müvafiq izahatlar verilərək qaldırılan məsələlərin həlli istiqamətində rayon rəhbəri tərəfindən müvafiq qurumların rəhbərlərinə konkret tapşırıqlar verildi.