Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Bakıxanov qəsəbəsində sakinlərlə növbəti səyyar görüşü keçirildi
23 oktyabr 2018 | 20:00
Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Vəliyevin 24.10.2018-ci il tarixdə Bakıxanov qəsəbə nümayəndəliyinin inzibati binasında qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirilmişdir. Görüşdə RİH başçısının müavini, RİH başçısı aparatının şöbə müdirləri, RİH başçısının Bakıxanov qəsəbəsi üzrə nümayəndəsi, Bakıxanov bələdiyyə sədri və bütün xidmət sahələrinin rəisləri iştirak edirdilər.
Qəsəbə sakinləri rayonda gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirərək onları narahat edən bir sıra məsələlərin həlli ilə bağlı RİH başçısına müraciətlər etdilər.
Müraciət və təkliflər dinlənildikdən sonra sakinlərə müvafiq izahatlar verilərək qaldırılan məsələlərin həlli istiqamətində rayon rəhbəri tərəfindən müvafiq qurumların rəhbərlərinə konkret tapşırıqlar verildi.