Şriftin ölçüsü :

Saytın rəngi :

11 nömrəli inteqrasiya təlimli internat məktəbinin şagirdləri Bakı Kitab Mərkəzində

29 oktyabr 2018 | 20:00
  Sabunçu rayon İcra Hakimiyyətinin dəstəyi və Ramana Bələdiyyəsinin təşkilatçılığı ilə 25.10.2018-ci il tarixdə “Uşaq hüquqları aylığı” çərçivəsində Sabunçu rayonu Bilgəh qəsəbəsində yerləşən 11 nömrəli inteqrasiya təlimli internat məktəbində təhsil alan şagirdlər Bakı Kitab Mərkəzinə ekskursiya etdilər. Ekskursiya zamanı uşaqlara Bakı Kitab Mərkəzinin fəaliyyəti, burada yaradılan şərait barədə ətraflı məlumat verildi. Uşaq və yeniyetmələr üçün hazırlanan bölmə uşaqların xüsusi marağına səbəb oldu. Sonda uşaqlara hədiyyələr təqdim olundu və xatirə şəkli çəkildi.
  Şagirdlər Bakı Kitab Mərkəzindən xoş təəssürratlarla ayrıldılar.
 
Keçidlər