Sabunçu rayon ictimaiyyətinin nümayəndələri Milli Məclisdə
07 noyabr 2018 | 20:00
“12 noyabr – Konstitusiya günü” və 20 oktybar – 20 noyabr tarixlərində Uşaq hüquqları Konvensiyasının qəbul edilməsinin ildönümü ərəfəsində elan olunmuş “Uşaq hüquqları aylığı” çərçivəsində 08.11.2018-ci il tarixdə Sabunçu rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə Milli Məclisdə dəyirmi masa təşkil olunmuşdur.
Dəyirmi masada Millət vəkili, Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı, Millət vəkili, Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü Dilarə Cəbrayılova, Milli Məclisin Sosial qanunvericilik şöbəsinin müdiri Adilə Abasova, Sabunçu rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova, rayon ictimaiyyətinin nümayəndələri və Sabunçu rayon İcra Hakimiyyətinin “Biz birliyin rəmziyik” devizli könüllüləri iştirak edirdilər.
İlk olaraq Milli Məclisin inzibati binasında Ümummilli lider Heydər Əliyevin abidəsi önünə əklil qoyulmuşdur. Daha sonra Ulu öndərin zəngin həyat yolunu, siyasi və dövlətçilik fəaliyyətini əks etdirən çoxsaylı eksponatların toplandığı Xatirə zalına, plenar iclasların keçirildiyi zala, ölkəmizə səfər edən xarici qonaqların xatirə hədiyyələrinin nümayiş olunduğu muzeylərə və konfrans otaqlarına baxış keçirilmiş, tədbir iştirakçılarına Milli Məclisin tarixi haqqında geniş və ətraflı məlumat verilmişdir.
Daha sonra təşkil olunan dəyirmi masada Millət vəkili, Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı Komitənin fəaliyyəti barədə məlumat verərək bildirdi ki, Ailə, qadın və uşaq məsələləri komitəsi ailə, qadın və uşaq məsələləri üzrə dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsinə dair qanun və qərar layihələri üzrə aparıcı komitədir. Qeyd olundu ki, bu komitə ailə münasibətləri, o cümlədən himayəçilik və qəyyumluq, qadın və uşaq hüquqlarının müdafiəsi və həyata keçirilməsi, gender (kişi və qadınların) bərabərliyinin təmin edilməsi, məişət zorakılığı ilə bağlı qanun layihələrini hazırlayır və ya təqdim olunmuş qanun layihələrinə dair rəy verir.
Çıxış edən Sabunçu rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova bildirdi ki, Azərbaycanda uşaqlarla bağlı siyasətin əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur. Ulu öndərin təşəbbüsü ilə önəmli beynəlxalq konvensiya və protokollar ratifikasiya edilərək qüvvəyə minmişdir. Azərbaycan 1992-ci ildə BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyasına, 2002-ci ildə isə Konvensiyanın iki əlavə protokoluna qoşulub. Bu gün Ulu öndərin siyasi kursu Prezident İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilir.
Daha sonra çıxış edən Millət vəkili Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü Dilarə Cəbrayılova qeyd etdi ki, uşaq hüquqlarının müdafiəsi məsələsi dünyada və ölkədə ən aktual məsələlərdən birinə çevrilib. Azərbaycan ailə modeli, məişət zorakılığı, erkən nikahlar və s. mövzulara toxunan D.Cəbrayılova gənc nəslin bu mövzular ətrafında daha çox maariflənməyə ehtiyacı olduğunu və bu işdə müxtəlif səhələri təmsil edən nümayəndələrin üzərinə böyük məsuliyyət düşdüyünü qeyd etdi.
Sonda millət vəkilləri qeyd olunan mövzular ətrafında rayon ictimaiyyətinin nümayəndələrini və Sabunçu könüllülərini maraqlandıran sualları cavablandırdılar.

.