“9 noyabr - Dövlət Bayrağı Günü” münasibətilə Sabunçu rayonunda yüzlərlə eyvandan dövlət bayraqları asıldı
08 noyabr 2018 | 20:00
2009-cu il noyabrın 17-də Azərbaycan Prezidenti cənab İlham Əliyev Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında sərəncam imzalayıb. Sənəddə deyilir ki, Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq - indiki Dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilib. Sərəncama görə, həmin fakt nəzərə alınaraq noyabr ayının 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü elan olunur.
2009-cu ilin noyabrında Dövlət Bayrağı Günü ilə bağlı Əmək Məcəlləsinin 105-ci maddəsinə əlavə edilib. Əlavəyə əsasən, 9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günü elan olunub və bu bayram ölkədə qeyri-iş günü olan bayramların siyahısına daxil edilib.
"Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında" Azərbaycan Respublikasının Qanununda qeyd edilir: Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir.