Şriftin ölçüsü :

Saytın rəngi :

“Azərbaycanlılar! Harda olursan ol, hansı ölkədə yaşayırsan yaşa, ancaq Azərbaycan haqqında, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü haqqında, Azərbaycan xalqının bu günü və gələcəyi haqqında düşünməlisən” Heydər Əliyev

31 dekabr 2013 | 20:00

31 dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə Sabunçu rayonunda yerləşən müxtəlif profilli uşaq sanatoriyalarında müalicə alan uşaqlarla bayram görüşləri keçirilmişdir. 
Belə ki, 28 dekabr 2013-cü il tarixində Sabunçu Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Zabrat qəsəbəsində yerləşən 37 saylı Kardiorevmatoloji Uşaq Sanatoriyası və 22 saylı Ruhi-əsəb Sanatoriyasında, 29 dekabr 2013-cü il tarixində isə  Sabunçu Rayon İcra Hakimiyyəti və Sabunçu rayon Qızıl Aypara Cəmiyyətinin birgə təşkilatçılığı ilə Maştağa qəsəbəsində yerləşən 21 saylı Qastroenteroloji Uşaq Sanatoriyası və Ramana qəsəbəsindəki 41 saylı Ruhi-əsəb Sanatoriyasında bayram şənlikləri təşkil edilmişdir.
Tədbirlərdə uşaqların ifasında şən mahnılardan, gözəl rəqslərdən və müxtəlif səhnəciklərdən ibarət çıxışlar təqdim olundu. Şaxta baba, Qar qız və klounların maraqlı çıxışları körpələrin bayram sevincinə rəng qatdı.
Şənliklərin sonunda 140 uşağa Rayon İcra Hakimiyyəti və Sabunçu rayon Qızıl Aypara Cəmiyyəti tərəfindən bayram hədiyyələri təqdim olundu.
30 dekabr 2013-cü il tarixində isə Sabunçu RİH başçısının Sabunçu qəsəbəsi üzrə icra nümayəndəliyində 20 əlil ailəsi ilə görüş keçirilmiş, onların sosial problemləri dinlənilmiş, bayram münasibətilə ərzaq bağlamaları paylanılmışdır.
Tədbirlərdə RİH başçısının müavini, İnformasiya təminatı və təhlil sektorunun müdiri və Sabunçu Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşları iştirak etmişlər.

Keçidlər