Şriftin ölçüsü :

Saytın rəngi :

“Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici 10-cu tur-aksiyanın iştirakçıları Gəncə şəhərində

17 noyabr 2018 | 20:00
  “Ölkəmizi tanıyaq” 10-cu tur-aksiyanın Sabunçu rayon iştirakçıları noyabrın 18-də Gəncə şəhərinə gəliblər.
  Tur-aksiya iştirakçılarının Gəncə şəhəri ilə tanışlığı Heydər Əliyev Park Kompleksi ilə başlayıb.
  Məktəbliləri Zəfər Tağı önündə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Sevda Qurbanəliyeva və ictimaiyyət nümayəndələri, Gəncə Şəhər Uşaq Yaradıcılıq Mərkəzinin rəqs kollektivinin üzvləri qarşılayıblar. Rəqqaslar qonaqlar qarşısında maraqlı rəqs nümunələri ilə çıxış ediblər.
  Tur-aksiya iştirakçılarını salamlayan Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Sevda Qurbanəliyeva Prezident İlham Əliyevin tapşırığı ilə həyata keçirilən layihənin məktəblilərin biliklərinin artırılmasında, dünyagörüşlərinin formalaşmasında əhəmiyyətindən danışıb.
  Bildirilib ki, Gəncə-Göygöl-Şəmkir istiqaməti üzrə səfər edəcək məktəblilər bu bölgədə genişmiqyaslı quruculuq işləri, maddi-mənəvi irsin qorunması və bərpası istiqamətində həyata keçirilən önəmli sosial layihələrlə tanış olacaqlar.
  Məktəblilərə Azərbaycanın ikinci ən böyük şəhəri Gəncənin sosial-iqtisadi və mədəni həyatı ilə yanaşı, buranın yeni xəritəsində əksini tapmış müasir sənaye müəssisələri, turizm və sosial obyektləri, mədəniyyət ocaqları, yaraşıqlı prospektləri, park və xiyabanları haqqında ətraflı məlumat veriləcək.
  Tur-aksiya iştirakçılarının Gəncə şəhərinin tarixi məkanlarına - Cavadxan məqbərəsinə, Şah Abbas məscidinə, Çökək hamamına, Gəncə Qala Qapıları Muzeyinə, “İmamzadə” kompleksinə, Nizami Gəncəvi məqbərəsinə, həmçinin Gəncə Dövlət Filarmoniyasına və Gəncə Bulvarına ekskursiyaları təşkil ediləcək.
  Sonra şagirdlərə tur-aksiya çərçivəsində tanış olacaqları məkanlardan bəhs edən Gəncənin bələdçi kitabları paylanılıb.
  Məktəblilər ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüblər.
  Aksiya iştirakçıları Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və siyasi fəaliyyətinin ayrı-ayrı məqamlarını, Gəncə şəhərinə tarixi səfərlərini əks etdirən foto və sənədlərlə tanış olublar.
  Məktəblilərin Gəncə şəhəri ilə tanışlığı noyabrın 19-dək davam edəcək.
 
Keçidlər