“Ölkəmizi tanıyaq” 10-cu tur-aksiya iştirakçılarının Göygöl və Şəmkirlə tanışlığı başa çatıb
19 noyabr 2018 | 20:00
Respublikamızın şəhər və rayonlarının IX-XI sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində Gəncə-Şəmkir-Göygöl marşrutu üzrə ekskursiyaya çıxan Sabunçu məktəbliləri noyabrın 20-də Göygöl və Şəmkir rayonları ilə tanış olublar.
Əvvəlcə tur–aksiya iştirakçıları Göygöl rayonuna gəliblər. Qonaqları şəhər mərkəzində Göygöl Rayon İcra Hakimiyyətinin, mədəniyyət və turizm şöbəsinin əməkdaşları, həmçinin şəhər ictimaiyyətinin nümayəndələri qarşılayıblar.
Rayon icra hakimiyyəti başçısının müavini Kəmalə İbrahimova tur-aksiya iştirakçılarını salamlayıb, məktəblilərə xoş səfər təəssüratları arzulayıb. Bildirilib ki, Göygöl şəhərinin əsası 1819-cu ildə Almaniyanın Virtemberq krallığından gələn koloniyaçılar tərəfindən qoyulub. Şəhərin adı da elə alman koloniyaçıları tərəfindən Helenendorf adlandırılıb. İkinci Dünya müharibəsi başlayana qədər burada dinc və əmin-amanlıq şəraitində yaşayan almanlar 1941-ci ildə Stalinin əmri ilə Sibirə və Qazaxıstana sürgün ediliblər. Ötən illərdə bir neçə dəfə adını dəyişən rayon 2008-ci ildən Göygöl adlandırılıb. Vaxtilə almanlar tərəfindən salınan küçələr, tikilən eyvanlı, çatmatağlı evlər və alman lüteran kilsəsi bu gün də olduğu kimi mühafizə olunur. Kilsədə rayonun keçmişini, eləcə də almanların tarixini və məişətini əks etdirən çoxlu sayda qiymətli eksponatlar qorunub saxlanılır.
Qeyd edilib ki, multikulturalizm ənənələrinə yüksək qiymət verilən Göygöl şəhərində küçələrlə irəlilədikcə burada almanlara məxsus onlarla maddi-mədəni tikiliyə, tarixi nişanəyə rast gəlmək mümkündür.
Tur-aksiya iştirakçıları şəhərlə tanışlığa Heydər Əliyev Mərkəzindən başlayıblar. Əvvəlcə məktəblilər burada Ümummilli Liderin həyatının, siyasi fəaliyyətinin ayrı-ayrı dövrlərini əks etdirən foto və sənədlərə baxıb, mərkəzin fəaliyyəti ilə tanış olublar. Bildirilib ki, buradakı muzeydə gənclər üçün xalçaçılıq və bədii biçmə-tikmə evləri, həmçinin kinozal fəaliyyət göstərir.
Məktəblilərin rayonla tanışlığı çərçivəsində səfər etdikləri sonuncu məkan füsunkar təbiət möcüzəsi - Göygöl olub. Bildirilib ki, 1139-cu ildə Kiçik Qafqaz dağlarında 9 bal gücündə zəlzələ baş verib. Güclü zəlzələnin təsirindən Kəpəz dağının zirvəsi uçaraq Ağsu çayının qarşısını kəsib və əsrarəngiz gözəlliyə malik, nadir təbiət incisi Göygöl yaranıb. Hazırda Göygölə yaxın ərazilərdə bir-birindən gözəl 17 göl var. Göllərin hər biri müxtəlif əlamətlərinə görə adlandırılıb. Lakin onlardan Göygöl və Maralgöl daha məşhurdur. Hər il 10 minlərlə turistin səfər etdiyi bu ərazilərdə həm də Azərbaycan təbiətinin ən nadir fauna və flora növləri qorunur.
Dağların qoynu ilə ensiz dolama yollardan, sıx meşələrdən keçdikdən sonra dəniz səviyyəsindən 1556 metr yüksəklikdə tur-aksiya iştirakçılarının gözləri qarşısında açılan ecazkar təbiət mənzərəsi məktəblilərə xoş təsir bağışlayıb. Şagirdlər gölün kənarında xatirə şəkilləri çəkdiriblər.
Açıq səma altında ölkəmizin multikultural ənənələrinin əks olunduğu muzeyi xatırladan Göygöl şəhəri buraya səfər edən hər kəsdə olduğu kimi, tur-aksiya iştirakçılarında da dolğun fikir və zəngin təəssürat yaradıb.
Rayonla tanışlıqlarını başa vuran tur-aksiya iştirakçıları sonra Şəmkirə səfər ediblər.
Şəmkir şəhərinin mərkəzinə gələn məktəbliləri Heydər Əliyev Mərkəzinin qarşısında rayon rəhbərliyi qarşılayıb.
Əvvəlcə tur-aksiya iştirakçılarına Heydər Əliyev Mərkəzi haqqında məlumat verilərək bildirilib ki, bina orijinal memarlıq üslubunda inşa edilib. Belə ki, mərkəzin daxilində yan divarlarda Ümummilli Liderin həyat və siyasi fəaliyyətini əks etdirən fotolara baxan hər kəs irəlilədikcə istər-istəməz yüksəkliyə qalxmış olur. Bu cür memarlıq həlli isə həm rəmzi məna daşıyır, həm də ümummilli lider Heydər Əliyevin yüksələn siyasi fəaliyyətini əks etdirir.
Şagirdlər Heydər Əliyev Mərkəzində Ulu Öndərin zəngin irsini əks etdirən fotoşəkillərə, Ümummilli Liderə həsr olunan kitablara baxıblar.
Bildirilib ki, mərkəzdə ümummilli lider Heydər Əliyevin müxtəlif vəzifələrdə olduğu dövrlərdə işlədiyi kabinetlərin və iş otaqlarının bənzərləri yaradılıb. Bayraq meydanında tarixən Azərbaycanda mövcud olan dövlətlərin bayraqlarının və nişanlarının əks olunduğu guşələr də tur-aksiya iştirakçılarında böyük maraq yaradıb.
Məktəblilər Şəmkirdə vaxtilə alman koloniyaçıları tərəfindən inşa olunan lüteran kilsəsi ilə də tanış olublar. Onlara Şəmkirin əsasını qoyan alman koloniyaçıları haqqında geniş məlumat verilib.
Sonda tur-aksiya iştirakçıları Şəmkirin Tarix və Etnoqrafiya Muzeyinə gəliblər. Burada qədim Şəmkir ərazisində aparılmış arxeoloji qazıntılar nəticəsində aşkarlanmış maddi mədəniyyət nümunələri, məişət əşyaları haqqında məlumat verilib. Qədim və orta əsrlər Şəmkir şəhəri haqqında dolğun təsəvvür yaradan muzey eksponatları məktəblilərdə zəngin təəssürat doğurub.
Beləliklə, şagirdlərin Göygöl və Şəmkir rayonları ilə tanışlığı başa çatıb.