“Ölkəmizi tanıyaq” 10-cu tur-aksiyasının Sabunçu rayon iştirakçıları xoş təəssüratlarla geri döndülər
20 noyabr 2018 | 20:00
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən həyata keçirilən “Ölkəmizi tanıyaq” layihəsinin 10-cu tur-aksiyası çərçivəsində ölkəmizin regionlarına təşkil edilmiş səfərlər başa çatdı.
Ümumtəhsil məktəblərinin 9, 10 və 11-ci sinif şagirdləri dörd gün ərzində səyahət etdikləri şəhər və rayonların tarixi, mədəniyyəti, əhalinin həyat tərzi və məişətini əks etdirən abidələrlə, muzeylərlə, ərazinin turizm potensialı, regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının icrası istiqamətində görülən işlər və həyata keçirilən infrastruktur layihələrlə yaxından tanış olublar.
21.11.2018-ci il tarixdə isə tur-aksiya iştirakçıları xoş təəssüratlarla Sabunçu rayonuna geri döndülər. Aksiyanın iştirakçılarını Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının İctimai-siyasi və humanitar məsələlər üzrə müavini Rəna Fərəcova, RİH-nin məsul işçiləri, ictimaiyyət nümayəndələri və valideynlər qarşıladılar.
Daha sonra çıxış edən məktəblilər xoş səfər təəssüratlarını paylaşaraq “Ölkəmizi tanıyaq” layihəsinin uğurla təşkili üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz minnətdarlıqlarını bildirdilər.