Sabunçu rayonunda ağacəkmə kampaniyası keçirilmişdir
23 dekabr 2013-cü ildə Bakı Şəhəri İcra Hakimiyyətində cənab Prezident İlham Əliyevin sədrliyi ilə “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunmuş konfrans keçirilmişdir.
Prezident İlham Əliyevin ölkəmizdə o cümlədən Bakı şəhərində yeni parkların salınması, ağacların əkilməsi ilə bağlı çıxışından irəli gələrək Sabunçu rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Sabunçu rayon Təşkilatı ilə birlikdə cənab Prezidentin 26 dekabr 2013-cü il tarixdə yenidənqurmadan sonra açılışını etdiyi Zabrat-Pirşağı avtomobil yolunun kənarlarında ağac əkmək üçün 27 dekabr 2013-cü il tarixdə ümumrayon iməcliyi keçirilmişdir.
İməclikdə ağac əkiləcək sahələr xüsusi texnika vasitəsilə təmizlənmiş, əkilən ağacların diblərinə xüsusi gübrə və xüsusi torpaq verilmişdir.
Rayon ictimaiyyətinin iştirakı ilə keçirilən ağacəkmə iməcliyində rayonda fəaliyyət göstərən bütün müəssisə və təşkilatlar iştirak etmişdir.
Həmin gün ümumilikdə iməclikdə əkilmiş 5 minə yaxın Eldar Şamı və Kiparid ağacları sulanmış və diblərinə dayaqlar basdırılmışdır.
Sabunçu rayonunda ağacəkmə kampaniyası gələcəkdə də davam etdiriləcəkdir.