Sabunçu rayonunun Maştağa qəsəbəsində 2018-ci ilin oktyabr ayı ərzində aparılan abadlıq - quruculuq işləri haqqında məlumat
26 noyabr 2018 | 20:00
2018-ci ilin oktyabr ayı ərzində Maştağa qəsəbə nümayəndəliyi tərəfindən qəsəbənin Nizami küçəsində yolun genişləndirilməsi ilə əlaqədar hasarlar sökülərək geri çəkilmiş, 4 ədəd şambo tipli quyular ləğv edilmiş və 125 ədəd dəmir su borusu aşağı salınmışdır.
Həmçinin, Zabrat-Maştağa yolu istiqamətində 462 m² daş hasar inşa olunmuşdur. Bununla yanaşı, 800 metr uzunluğunda mövcud ötürücü su kanalı təmizlənmiş və 2 ədəd nasos əsaslı təmir edilmişdir.