Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunun Nardaran qəsəbəsində 2018-ci ilin oktyabr ayı ərzində aparılan abadlıq - quruculuq işləri haqqında məlumat

26 noyabr 2018 | 20:00

  2018-ci ilin oktyabr ayı ərzində Nardaran qəsəbə nümayəndəliyi və Nardaran Bələdiyyəsi tərəfindən qəsəbənin Molla Vəli Vidadi küçəsində  yağış sularının  yığılmaması, sakinlərin rahat gediş-gəlişinin təmin olunması məqsədi ilə 200 metr  uzunluğunda  olan yola karbonat  daşları   tökülmüşdür.
  Həmçinin, qəsəbənin   Abşeron və Mübariz İbrahimov küçələrində əkilmiş ağaclara qulluq edilmiş, onların qurumaması üçün mütəmadi olaraq suvarma işləri aparılmış və qazon olan sahə biçilmişdir.
  Bununla yanaşı, qəsəbənin Mirzə Fətəli Axundzadə küçəsində abadlıq  işləri ilə əlaqədar 40 metr uzunluğunda uçulmuş hasar hörülmüş, suvaqlanmış və ağardılaraq yenidən bərpa edilmişdir.
Keçidlər