Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda “Narkomaniya bəşəriyyətin faciəsidir” mövzusunda növbəti maarifləndirici tədbir keçirilmişdir

27 noyabr 2018 | 20:00
   28.11.2018-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyəti və Sabunçu Rayon Polis İdarəsinin birgə təşkilatçılığı ilə Sabunçu qəsəbəsi 148 nömrəli tam orta məktəbin akt zalında “Narkomaniya bəşəriyyətin faciəsidir” mövzusunda növbəti maarifləndirici tədbir keçirilmişdir.
    Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının I müavini, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı yanında Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın sədri Güloğlan Məmmədov, Rayon Polis İdarəsinin rəisi Eldar İlyasov, Sabunçu Rayon Gənclər və İdman İdarəsinin rəisi Rakif Əliyev, Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qurupunun baş referentiRaqif Allahverdiyev,  Bakı şəhər Narkoloji Dispanserinin həkim-narkoloqu Pərvin Abbasova, məktəbin müəllim-şagird heyəti və valideynlər iştirak edirdilər.
   İlk olaraq tədbir iştirakçıları  narkotik vasitələrdən istifadə və onun yaratdığı fəsadlardan bəhs edən video-çarxı izlədilər.
Giriş sözü ilə tədbiri Sabunçu Rayon İcra Hakimiyyəti başçısının I müavini, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı yanında Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın sədri Güloğlan Məmmədov açaraq, müasir dövrün ən qorxulu bəlalarından olan narkomaniya və onun fəsadları, yeniyetmə və gənclərin narkomanlıq və digər zərərli vərdişlərdən qorunması, gənc nəslin savadlı, vətənpərvər ruhda böyüməsi və sağlam inkişaf etməsi istiqamətində ölkədə həyata keçirilən islahatlar haqqında geniş məlumat verdi. 
  Bakı şəhərNarkoloji Dispanserinin həkim-narkoloqu Pərvin Abbasova, Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qurupunun baş referentiRaqif Allahverdiyev, Sabunçu Rayon Gənclər və İdman İdarəsinin rəisi Rakif Əliyev və Rayon Polis İdarəsinin rəisi Eldar İlyasov çıxış edərək respublikada narkomaniyaya qarşı mübarizənin gücləndirilməsi, onun qarşısının alınması üçün antinarkotik təbliğatın, maarifləndirici tədbirlərin əhəmiyyəti, narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının qarşısının alınması barədə danışdılar və  gənc nəslin sağlamlığının qorunması istiqamətindəməktəblilərə, müəllimlərə və valideynlərə müəyyən tövsiyələr verdilər.
   Sonda qonaqlar mövzu ətrafında şagirdləri maraqlandıran sualları cavablandırdılar.
Keçidlər