Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda “3 dekabr - Beynəlxalq Əlillər Günü” qeyd edildi

28 noyabr 2018 | 20:00
   Sabunçu Rayon İcra Hakimiyyəti, Qarabağ müharibəsiəlilləri, veteranları və şəhid ailələri İctimai Birliyinin Sabunçu rayon təşkilatı və Sabunçu Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 29.11.2018-ci il tarixdə rayonun  Ramana qəsəbəsində yerləşən 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin peşə reabilitasiya mərkəzində“3 dekabr-Beynəlxalq Əlillər günü” münasibəti ilə tədbir keçirilmişdir.
   Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının müavini Rəna Fərəcova, Milli Məclisin deputatı Dilarə Cəbrayılova,Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin Gənclərlə iş şöbəsinin müdiri Zamin Əhmədov, Sabunçu Rayon Gənclər və İdman İdarəsinin rəisi Rakif Əliyev, Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri İctimai Birliyinin Sabunçu rayon təşkilatının sədri Zülfüqar Cəfərov,Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu Rayon İdarəsinin zabiti Əziz Məmmədov,BOCCİA İdman Federasiyasının katibi, I qrup Qarabağ müharibəsi əlili İlham Məhərrəmov,BOCCİA idmannövü üzrə milli komandanın üzvləri, Qarabağ müharibəsi əlilləri, veteranları və 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin peşə reabilitasiya mərkəzinin üzvləri iştirak edirdilər.
  Tədbir ilk olaraq 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin peşə reabilitasiya mərkəzində müxtəlif peşələrə yiyələnmiş gənclərin hazırladıqları əl işlərinə baxışla başlanıldı. Sağlamlıq imkanları məhdud gənclərdən ibarət  BOCCİA idman növü üzrə milli komandanın üzvləri ilə görüşən qonaqlar onların oyunlarını və mərkəzin istedadlı gəncləri tərəfindənhazırlanan musiqili proqramı izlədilər.
   Daha sonra tədbir mərkəzin konfrans zalında dəyirmi masa ətrafında davam etdirildi. Çıxış edən Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova ölkəmizdə sosial qayğıya ehtiyacı olan bütün insanlar kimi əlillərində daim dövlətin diqqət mərkəzində saxlanıldığını qeyd etdi. R.Fərəcova  bildirdi ki, əlillərin sosial rifahının yaxşılaşdırılması və onların cəmiyyətə inteqrasiyası məqsədilə ölkə prezidenti cənab İlham Əliyevin tapşırığı ilə bir sıra layihələr həyata keçirilir. Qeyd edildi ki,  21-28 oktyabr 2018-ci il tarixlərində Paralimpia idman növünə aid olan Boccia idman növü üzrə İtaliyada Açıq Regional turnir keçirilmişdir. Həmin turnirdə ölkəmizi Sabunçu rayonu Ramana qəsəbəsində yerləşən 1 saylı Sağlamlıq imkanları məhdud gənclərin peşə reabilitasiya mərkəzində fəaliyyət göstərən Boccia milli komandamız təmsil etmişdir. Fərdi yarışlarda idmançımız Bəhruz Mirzəyev BC4 kateqoriyasında qızıl medal, komanda yarışlarında isə idmançılarımız bürünc medal qazanmışdır. R.Fərəcova komandanın üzvlərini təbrik edərək onlara uğurlar arzuladı.
   Milli Məclisin deputatı Dilarə Cəbrayılova, Sabunçu Rayon Gənclər və İdman İdarəsinin rəisi Rakif Əliyev, Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri İctimai Birliyinin Sabunçu rayon təşkilatının sədri Zülfüqar Cəfərov,  BOCCİA idman Federasiyasının katibi, I qrup Qarabağ müharibəsi əlili İlham Məhərrəmov öz çıxışlarında dövlət tərəfindən əlillərə göstərilən diqqət və qayğıdan geniş söz açdılar.
   Sonda  bir sıra Qarabağ müharibəsi əlilləri Sabunçu rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanları ilə təltif olundular. BOCCİA idman növü üzrə milli komandanın üzvlərinə Bakı şəhər Gənclər və İdman Baş İdarəsi, bir sıra Qarabağ müharibəsi əlillərinə isə Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri İctimai Birliyinin Sabunçu rayon təşkilatı tərəfindən diplom, medal və hədiyyələr təqdim olundu.
Keçidlər