Şriftin ölçüsü :

Saytın rəngi :

Qan yaddaşımız - 20 Yanvar faciəsinin iyirmi dördüncü ildönümü

20 yanvar 2014 | 20:00

“20 yanvar” faciəsinin iyirmi dördüncü ildönümünün keçirilməsi ilə əlaqədar şəhərimizin hər yerində olduğu kimi Sabunçu rayonunda da  silsilə tədbirlər keçirilmişdir.
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbərinin      «20 Yanvar faciəsinin iyirmi dördüncü ildönümünün keçirilməsinə dair tədbirlər planı haqqında» sərəncamı əsasında Sabunçu Rayon İcra Hakimiyyəti başçısı aparatında müvafiq tədbirlər planı hazırlanaraq təsdiq edilmişdir.
Tədbirlər planına əsasən Bakıxanov qəsəbəsindəki Şəhidlər Xiyabanında təmizlik və abadlıq işləri aparılmış, rayonun tədris müəssisələrində gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması, onlarda milli qürur hissinin artırılması, vətənin süverenliyi, azadlığı və ərazi bütövlüyü uğrunda şəhid olanların əbədi xatirəsinə həsr olunmuş dərslər, dəyirmi masalar, konfrans və seminarlar,  fotosərgilər, 20 yanvar Milli Matəm gününə həsr olunmuş ədəbi-bədii gecələr keçirilmiş, şagird və tələbələrin Şəhidlər Xiyabanına ziyarəti təşkil edilmişdir. 
17 yanvar 2013-cü il tarixində rayon ictimaiyyətinin, ziyalılarının, şəhid və əlil ailələrinin iştirakı ilə Ramana qəsəbəsində yerləşən Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzində Azərbaycan xalqının, dövlətinin qanlı tarixi olan 20 Yanvar faciəsinin iyirmi dördüncü ildönümünə həsr edilmiş geniş tədbir keçirildi. Tədbir 20 Yanvar faciəsində şəhid olanların əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı. Sonra tədbir iştirakçıları şagird və tələbələrin əl işlərindən ibarət olan sərgiyə baxış keçirtdilər. Sərgidən sonra Rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Vəliyev 20 Yanvar  şəhid ailələri və əlillərlə göruş keçirmiş, tədbir Bakıxanov qəsəbəsində yerləşən sarayların birində 20 Yanvar şəhidləri üçün açılmış ehsan süfrəsi  ilə davam etdirilmişdir. Tədbirin sonunda Sabunçu RİH tərəfindən şəhid ailələri və əlillərə maddi yardım göstərilmiş və  ərzaq bağlamaları  təqdim olunmuşdur.
18 йанвар 2013-ъü  ил тарихиндя Rayon  İcra Hakimiyyəti  başçısı aparatının, digər dövlət qurumlarının  rəhbərləri, kollektivləri, район иътимаиййяти, din xadimləri  Bakıxanov qəsəbəsindəki Şəhidlər Xiyabanını ziyarət edərək şəhidlərin мязарларынın üzərinə  эцл дястяляри вя яклилляр гоймуш, şəhidlərimizin ruhuna  dualar oxumuşlar. 
Mатям яламяти олараг 20 Йанвар 2013-cü ил тарихиндя саат 1200-да  Sabunçu rayonunda Азярбайъанın Дювлят байраглары ендирилмиш, шящидлярин хатиряси бир дягигялик сцкутла йад едилмиш, saat 1600-da  isə Rayon İcra Hakimiyyətinin aparatı, idarə və təşkilatların nümayəndələrinin iştirakı ilə “Şəhidlər Xiyabanı” ziyarət olunmuş, məzarların üzərinə güllər qoyulmuşdur.

Keçidlər