Sabunçu rayonunda Yeni Azərbaycan Partiyasının yeni üzvlərinə partiyanın üzvlük vəsiqələri təqdim olundu
03 dekabr 2018 | 20:00
04.12.2018-ci il tarixdə Sabunçu rayonu Nardaran qəsəbəsində yerləşən 295 nömrəli tam orta məktəbdə Yeni Azərbaycan Partiyasına yeni üzv olan bir sıra Nardaran sakinlərinə üzvlük vəsiqələri təqdim olundu.
Tədbirdə Milli Məclisin deputatı Dilarə Cəbrayılova, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova, Yeni Azərbaycan Partiyasının Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva, Nardaran qəsəbəsinin sakinləri və 295 nömrəli tam orta məktəbin müəllim heyəti iştirak edirdilər.
İlk olaraq tədbir Ümummilli lider Heydər Əliyevin büstü önünə gülqoyma mərasimi ilə başlanılmış və dəyirmi masa ətrafında davam etdirilmişdir.
Tədbiri giriş sözü ilə açan Milli Məclisin deputatı Dilarə Cəbrayılova 1990-cı illərin əvvəllərində Azərbaycanda baş verən siyasi proseslər və Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə YAP-ın yaranmasının zərurətindən danışdı.
Yeni Azərbaycan Partiyasının Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva Yeni Azərbaycan Partiyasının tarixi və partiya tərəfindən görülən işlər barədə geniş məlumat verdi.
Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova öz çıxışında YAP-ın Azərbaycan dövləti və xalqının inkişafında əvəzsiz rolu və xalqımızın YAP-a və onun yaradıcısı Ulu öndərə olan sonsuz inamından söz açdı.
Daha sonra tədbir 295 nömrəli tam orta məktəbin şagirdləri tərəfindən Ulu öndərə aid şeirlərin səsləndirilməsi ilə davam etdi.
Sonda YAP-ın sıralarına qatılan yeni üzvlərə partiyanın üzvlük vəsiqələri təqdim olundu.