Bakı Olimpiya Stadionunda “Sağlam gənc nəslin formalaşmasında idmanın rolu” adlı tədbir keçirilmişdir
04 dekabr 2018 | 20:00
05.12.2018-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyəti və Bakı Olimpiya Stadionunda fəaliyyət göstərən “Olimpiya Peşakar Döyüş” klubunun birgə təşkilatçılığı ilə Bakı Olimpiya Stadionunda “Sağlam gənc nəslin formalaşmasında idmanın rolu” adlı tədbir keçirilmişdir.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova, Bakı Olimpiya Stadionunun əməkdaşı Fərid Əsədzadə, “Olimpiya Peşəkar Döyüş” klubunun məsul əməkdaşı, Azərbaycanın əməkdar məşqçisi Ceyhun Abbasov, “Olimpiya Peşəkar Döyüş” klubunun məşqçisi, Azərbaycanın əməkdar məşqçisi, 5-ci dan kəmər sahibi, Azərbaycanın Gənclərdən ibarət Cüdo üzrə yığma komandasının baş məşqçisi Rəşad Həsənov, “Olimpiya Peşəkar Döyüş” klubunun MMA idman növü üzrə baş məşqçisi Ruslan Əfəndiyev, rayonun təhsil müəssisələrinin direktorları, Sabunçu Rayon İcra Hakimiyyətinin “Biz birliyin rəmziyik” devizli könüllüləri, Sabunçu Gənclər Evinin gənc fəalları, Bakı Olimpiya Stadionunun məsul əməkdaşları və “Olimpiya Peşəkar Döyüş” klubunun idmançıları iştirak edirdilər.
Tədbiri giriş sözü ilə açan Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova Azərbaycanda idmanın qədim tarixi, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan idman siyasəti, ölkədə idmanın inkişafı məqsədilə tikilən çoxsaylı idman müəssisələri, Azərbaycan idmançılarının beynəlxalq idman yarışlarında əldə etdikləri uğurlar və prezident cənab İlham Əliyevin rəhbərliyi ilə idmana göstərilən diqqət və qayğıdan danışdı. R.Fərəcova ölkədə idmançılara yaradılan şərait barədə məlumat verərək Bakı Olimpiya Stadionunda fəaliyyət göstərən “Olimpiya Peşakar Döyüş” klubunun qısa bir zaman ərzində əldə etdiyi nailiyyətlər və burada yetişən idmançıların bir sıra beynəlxalq turnirlərdə qazandıqları qələbələrdən də söz açdı. Sonra tədbir iştirakçıları “Olimpiya Peşakar Döyüş” klubu ilə bağlı video-çarxı izlədilər.
Bakı Olimpiya Stadionu haqqında ətraflı məlumat verən stadionun əməkdaşı Fərid Əsədzadədən sonra çıxış edən “Olimpiya Peşəkar Döyüş” Klubunun məsul əməkdaşı, Azərbaycanın əməkdar məşqçisi Ceyhun Abbasov klubun yaranma tarixi, klubda idmançılara məşq üçün yaradılmış şəraitdən söz açdı. Azərbaycanın əməkdar məşqçisi, 5-ci dan kəmər sahibi, Azərbaycanın Gənclərdən ibarət Cüdo üzrə yığma komandasının baş məşqçisi Rəşad Həsənov idmançıların əldə etdiyi uğurlar, keçirilmiş və keçiriləcək beynəlxalq turnirlər barədə ətraflı məlumat verdi. “Olimpiya Peşəkar Döyüş” Klubunun MMA idman növü üzrə baş məşqçisi Ruslan Əfəndiyev isə idmanın cəmiyyətdə rolu və gənclərin idmana olan münasibəti haqqında danışaraq ölkədə idmana və idmançılara xüsusi diqqət və qayğının da göstərildiyini vurğuladı.

Tədbirdə çıxış edən MMA idman növü üzrə 2009, 2011, 2012, 2013-cü illərdə dünya çempionu, 2014-cü ildə Avropa çempionu, 2017-ci ildə keçirilən İslam oyunlarında Uşu-sanda idman növü üzrə II yer tutmuş Vüqar Kərimov, MMA idman növü üzrə dəfələrlə respublika və beynəlxalq turnirlərin qalibi, Avropa və dünya çempionu, dünya kubokunun ikincisi və Konfu-sanda idman növü üzrə dünya çempionu Tofiq Musayev, MMA idman növü üzrə 2014-cü ildə dünya çempionu, 2015-ci ildə dünya çempionatının 2-cisi, 8 qat Azərbaycan, 4 qat respublika, Avropa çempionu, Kungfu-sanda idman növü üzrə Avropa çempionu Mehman Məmmədov və MMA idman növü üzrə 2 qat Azərbaycan, 5 qat Bakı çempionu, 2015-ci ildə dünya çempionu, bellator MMA promouveniya ilə müqavilə imzalayan yeganə Azərbaycan idmançısı Cəmil İbrahimov bu sahədə qazandıqları qələbələr və əldə etdikləri uğurlardan söz açaraq Azərbaycanın dünyada idman ölkəsi kimi tanındığını da xüsusi qeyd etdilər.
Tədbirdən sonra qonaqlar Bakı Olimpiya Stadionuna ekskursiya edərək “Olimpia Peşakar Döyüş” klubu ilə daha yaxından tanış oldular.