Nardaran qəsəbəsində “Narkomaniyaya yox deyirik” mövzusunda maarifləndirici tədbir keçirilmişdir
05 dekabr 2018 | 20:00
06.12.2018-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyəti və Sabunçu Rayon Polis İdarəsinin birgə təşkilatçılığı ilə Nardaran qəsəbəsi 295 nömrəli tam orta məktəbin akt zalında “Narkomaniyaya yox deyirik” mövzusunda növbəti maarifləndirici tədbir keçirilmişdir.
Tədbirdə Milli Məclisin deputatı Dilarə Cəbrayılova, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı aparatının şöbə müdirinin müavini, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı yanında Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın katibi Ədalət Teymurov, Sabunçu rayon Polis İdarəsinin rəisi Eldar İlyasov, Sabunçu Rayon Gənclər və İdman İdarəsinin rəisi Rakif Əliyev, Bakı şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşı Tahirə Qədimova, Bakı şəhər Narkoloji Dispanserinin həkim-narkoloqu Pərvin Abbasova, valideynlər və məktəbin şagird və müəllim heyəti iştirak edirdilər.
İlk olaraq məktəbin direktoru Dilarə Cəbrayılova çıxış edərək tədbirin məqsəd və əhəmiyyətindən danışaraq gələn qonaqları təqdim etdi. Sonra tədbir iştirakçıları narkotik vasitələrdən istifadə və onun yaratdığı fəsadlardan bəhs edən video-çarxı izlədilər.
Giriş sözü ilə tədbiri Sabunçu Rayon İcra Hakimiyyəti başçısı aparatının şöbə müdirinin müavini, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı yanında Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın katibi Ədalət Teymurov açaraq, müasir dövrün ən qorxulu bəlalarından olan narkomaniya və onun fəsadları, gətirdiyi faciələr, yeniyetmə və gənclərin narkomanlıq və digər zərərli vərdişlərdən qorunması, gənc nəslin savadlı, vətənpərvər ruhda böyüməsi və sağlam inkişaf etməsi istiqamətində ölkədə həyata keçirilən islahatlar və Dövlət Proqramından irəli gələn işlərin icra vəziyyəti barədə ətraflı məlumat verdi.
İlk olaraq Sabunçu Rayon Polis İdarəsinin azyaşlıların işləri üzrə bölmənin rəisi Əli Babayev narkomaniyaya qarşı respublika üzrə hüquq-mühafizə orqanları tərəfindən görülən işlər və həyata keçirilən tədbirlər barədə geniş hesabatla çıxış etdi. Bakı şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşı Tahirə Qədimova, Bakı şəhər Narkoloji Dispanserinin həkim-narkoloqu Pərvin Abbasova, Sabunçu Rayon Gənclər və İdman İdarəsinin rəisi Rakif Əliyev və Sabunçu Rayon Polis İdarəsinin rəisi Eldar İlyasov öz çıxışlarında respublikada narkomaniyaya qarşı mübarizənin gücləndirilməsi, onun qarşısının alınması üçün antinarkotik təbliğatın və maarifləndirici tədbirlərin əhəmiyyəti, narkotiklərin qanunsuz dövriyyəsinin və narkomanlığın yayılmasının qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı danışdılar və gənc nəslin sağlamlığının qorunması istiqamətində məktəblilərə, müəllimlərə və valideynlərə müəyyən tövsiyələr verdilər.
Sonda qonaqlar mövzu ətrafında şagirdləri maraqlandıran sualları cavablandırdılar.