Şriftin ölçüsü :

Saytın rəngi :

“Qəyyumluqda olan hər uşağa diqqət və qayğı!” layihəsi çərçivəsində valideyn himayəsindən məhrum olan uşaqlar üçün “Yeni il” şənliyi keçirildi

13 dekabr 2018 | 20:00
 
  Sabunçu Rayon İcra Hakimiyyəti, “Qızıl Aypara” Cəmiyyətinin Sabunçu rayon təşkilatı və Sabunçu Gənclər Evinin birgə təşkilatçılığı ilə “Qəyyumluqda olan hər uşağa diqqət və qayğı!” layihəsi çərçivəsində 14.12.2018-ci il tarixdə Sabunçu Gənclər Evində rayon ərazisində yaşayan valideyn himayəsindən məhrum olmuş və qəyyumluğa verilmiş uşaqlar üçün “Yeni il” şənliyi keçirildi.
  Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının sədri Rəna Fərəcova, Qəyyumluq və Himayəçilik Komissiyasının məsul katibi Səbahət Hünbətova, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı yanında Yetkinlik yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə Komissiyanın uşaqlarla iş üzrə məsləhətçi – psixoloqu Ramilə Quliyeva, RİH başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Ceyhun Abbasov,  “Qızıl Aypara” Cəmiyyətinin Sabunçu rayon təşkilatının sədri Elmira Melikova, Sabunçu Gənclər Evinin direktoru Rəvanə Həşimova, Sabunçu rayon İcra Hakimiyyətinin “Biz birliyin rəmziyik” devizli könüllüləri, Sabunçu Gənclər Evinin əməkdaşları və üzvləri iştirak edirdilər.
  Şənlikdə uşaqlar “Yeni il” personajı olan Şaxta Baba ilə şən musiqi sədaları altında rəqs etdilər, müxtəlif oyunlar oynayaraq hədiyyələr qazandılar və gözəl mahnılar ifa etdilər.
  Uşaqlar şənlikdən xoş təəssüratlarla ayrıldılar.
 
Keçidlər