Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunun Zabrat qəsəbəsində 2018-ci ilin noyabr ayı ərzində aparılan abadlıq - quruculuq işləri haqqında məlumat

04 yanvar 2019 | 20:00

 2018-ci ilin noyabr ayı ərzində Zabrat qəsəbə nümayəndəliyi və Zabrat Bələdiyyəsi tərəfindən qış mövsümünə hazırlıqla əlaqədar Zabrat  qəsəbəsinin  məhəllədaxili  ərazilərinin bir hissəsinin  su basmadan qarşısını almaq məqsədilə Kərim Kərimov, Ruslan Göyüşov və Eldar Xəlilov küçələrində 120 metr uzunluğunda xüsusi texnika vasitəsilə  kanal qazılmış və mövcud 230 metr kanalın içərisi təmizlənərək dərinləşdirilmişdir. Bununla da çirkab suyun axıdılması təmin edilərək qış mövsümündəqəsəbənin fərdi yaşayış evlərinin həyətyanı sahələrinin su basmadan qarşısının alınması ilə bağlı qabaqlayıcı tədbirlər görülmüşdür.
Zabrat qəsəbəsinin Həzi Aslanov, Cəlil Məmmədquluzadə, Turgenev, Kərim Kərimov, Məşədixanım Neymətova, Aydınlıq, Həsən Seyidbəyli küçələrində yerləşən fərdi yaşayış evlərindən axıdılan çirkab sular Həsən Seyidbəyli və Babək küçələrinin arasında yerləşən süni gölə axıdılır.  Həmin gölə toplanan suyu kənarlaşdırmaq üçün hər ay olduğu kimi 02-03 noyabr 2018-ci il tarixlərində də iri həcmli mator qurğusu quraşdırılaraq 200 mm diametrli borular vasitəsilə 80 metr məsafədə yerləşən mərkəzi xəttə axıdılaraq gölün səviyyəsi  aşağı salınmışdır.
    Azəravtoyol SC köməkliyi ilə qəsəbənin Barat Şəkinskaya və Ələsgər Ələkbərov 1,2,3,4 küçələrində1350 metr yol xüsusi texnika vasitəsilə hamarlandıqdan sonra  asfalt örtüyünün  vurulması üçün çınqıl yayılmışdır.
     Qəsəbənin Vidadi küçəsində sıradan çıxmış yolun asfalt örtüyü Rayon İcra Hakimiyyəti başçısının Zabrat qəsəbəsi üzrə nümayəndəliyi və Zabrat bələdiyyəsinin müraciətinə əsasən “Azəravtoyol” ASC köməkliyi ilə cari təmir olunaraq 950 m2 asfalt döşənmişdir.
   Qəsəbənin Şəfayət Mehtiyev küçəsində  vətəndaş Təhminə Nağıyevanın müraciətini nəzərə alaraq həyətyanı sahəsində yağışlı havada su dolmanın qarşısını almaq məqsədilə qəsəbə bələdiyyəsi tərəfindən 40 metr uzunluğunda bənd tikilərək torpaqla doldurulmuşdur.
   Qəsəbənin Xavər Vəliyev küçəsi 35 ünvanında yaşayan vətəndaş Kəmalə Əliyevanın müraciətinə əsasən məhəllədaxili yola 1 maşın çınqıl yayılmışdır.

Keçidlər