Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayon İcra Hakimiyyəti başçısının Pirşağı qəsəbəsi üzrə nümayəndəliyinin 2018-ci ilin yekunları və 2019-cu ildə qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirildi

03 yanvar 2019 | 20:00

04.01.2019-cu il tarixdə Pirşağı Mədəniyyət Evinin akt zalında Sabunçu rayon İcra Hakimiyyəti başçısının Pirşağı qəsəbəsi üzrə  nümayəndəliyinin və PirşağıBələdiyyəsinin 2018-ci ilin yekunları və 2019-cu ildə qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirildi
İclasda Sabunçu Rayon İcra Hakimiyyəti başçısının I müavini Güloğlan Məmmədov, Rayon İcra Hakimiyyəti başçısı aparatının şöbə müdirləri, Rayon İcra Hakimiyyəti başçısının Pirşağı qəsəbəsi üzrə nümayəndəsi, Pirşağı Bələdiyyə sədri və bütün xidmət sahələrinin rəisləri iştirak edirdilər.
  Sabunçu Rayon İcra Hakimiyyəti başçısının I müavini Güloğlan Məmmədov iclası giriş sözü ilə açaraq qəsəbə haqqında ümumi məlumat verdi. Qeyd olundu ki, Pirşağı qəsəbəsi Sabunçu rayonunun inzibati  ərazisində yerləşən qədim və zəngin tarixə malik qəsəbələrdən biridir və ərazisi 19 km² təşkil edir.
2018-ci ildə görülən işlər barədə məruzə ilə çıxış edən Sabunçu rayon İcra Hakimiyyəti başçısının Pirşağı qəsəbəsi üzrə nümayəndəsi Elnur Hüseynov ötən ildə əhalinin sosial problemlərinin həlli ilə əlaqədar görülən işlər barədə ətraflı məlumat verdi. Qeyd olundu ki, 2018-ci il ərzində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Pirşağı-Mehdiabad yolunda əsaslı təmir işləri aparılmış, 11 km yolda asfalt örtüyü dəyişdirilmiş və yolun Pirşağı qəsəbəsinə düşən hissəsində 11 yeni  avtobus dayanacağı quraşdırılmışdır.
Qəsəbə nümayəndəliyi və Bələdiyyə tərəfindən qəsəbənin Ağa Əlizadə, Hüseynbala Əliyev, Əjdər Məlikov, Saleh Hüseynzadə, Asəf Zeynallı, Gültəkin Əsgərova və Cəfər Cabbarlı  küçələrində yaranan problemlər həllini tapmışdır. Pirşağı-Mehdiabad yolunun təmiri zamanı yolun kənarındakı qanunsuz tikililər, təndirxanalar və iaşə obyektləri sökülmüş, abadlıq işləri aparılmış, təmizlənmiş ərazilərdə 200 ədəd eldar şamı əkilmişdir.  Elmi-Tədqiqat Tərəvəzçilik İnstitutunun ətrafında qanunsuz olaraq zəbt olunmuş hasarlar sökülmüş və vətəndaşlara məxsus evlərin dam və fasad örtüyü rənglənmişdir.                                
    Hər il olduğu  kimi  bu il də qəsəbədə  aztəminatlı, şəhid və imkansız  ailələrə  yardım və qayğı  göstərilmişdir.
2018-ci il ərzində qəsəbə nümayəndəliyinə Sabunçu Rayon İcra Hakimiyyəti və digər təşkilatlardan  87 məktub, 8 əmr, 24 sərəncam, vətəndaşlar tərəfindən  isə 12 ərizə  daxil olmuşdur. 222 vətəndaş nümayəndənin, 24 vətəndaş isə nümayəndə müavininin qəbulunda olmuşdur ki, bütün vətəndaşların qaldırdıqları problemlər yerində araşdırılmış və həllini tapmışdır.
Qəsəbə nümayəndəliyi öz fəaliyyətini ərazidə fəaliyyət göstərən dövlət qurumları, bələdiyyə və digər təşkilatlarla qarşılıqlı şəkildə təşkil edir. Hesabat ili ərzində Pirşağı qəsəbə nümayəndəliyinə məhkəmə orqanlarından 31, polis və prokurorluq orqanlarından isə 5 sorğu daxil olmuşdur ki, onların hamısına tam və dolğun cavablar verilmişdir.
   Bununla yanaşı qəsəbədə il ərzində bir sıra əlamətdar günlər qeyd olunmuş və bayram şənlikləri təşkil edilmişdir.
   Daha sonra Pirşağı Bələdiyyəsinin sədr müavini Məlikzadə Rəhimə  2018-ci il ərzində Bələdiyyə tərəfindən görülmüş işlər barədə məlumat verdi. O, öz çıxışında 2018-ci il ərzində büdcəyə daxil olmuş və büdcədən ayrılmış vəsait hesabına əhalinin sosial problemlərinin həlli ilə əlaqədar görülmüş işlər və aztəminatlı və kimsəsiz ailələrə il boyu göstərilən yardımlardan danışdı.
  36 saylı şəhər poliklinikasının baş həkimi İbrahimova Ramidə çıxışında hazırda poliklinikada hər bir vətəndaşın ilkin müayinəsi üçün bütün lazimi xidmətlərin olduğunu və bununla əlaqədar artıq yoluxucu xəstəliklərin və uşaq ölümünün qarşısının alındığını diqqətə çatdırdı.
112 saylı tam orta məktəbin direktoru Babayeva Xədicə və 188 saylı tam orta məktəbin direktoru Mahmudov Sabir rayonda təhsilin səviyyəsinin ildən-ilə yaxşılaşdığını, şagirdlər arasında fənn olimpiadalarına olan marağı və qəbul imtahanlarında əldə etdikləri naliyyətləri qeyd etdilər.
   Hesabat iclasının sonunda qəsəbə sakinlərinin də fikir və təklifləri dinlənildi və aidiyyatı qurumlara müvafiq tapşırıqlar verildi.

Keçidlər