Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Ramana qəsəbəsi üzrə nümayəndəliyinin 2018-ci ilin yekunları və 2019-cu ildə qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirildi

06 yanvar 2019 | 20:00
   07.01.2019-cu il tarixdə Ramana qəsəbəsində yerləşən 198 nömrəli tam orta məktəbin akt zalında Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Ramana qəsəbəsi üzrə nümayəndəliyinin və Ramana Bələdiyyəsinin 2018-ci ilin yekunları və 2019-cu ildə qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirildi.
   İclasda Sabunçu Rayon İcra Hakimiyyətinin başçısının müavini Rəna Fərəcova, Rayon İcra Hakimiyyəti başçısı aparatının şöbə müdirləri, Rayon İcra Hakimiyyəti başçısının Ramana qəsəbəsi üzrə nümayəndəsi, Ramana Bələdiyyə sədri və bütün xidmət sahələrinin rəisləri iştirak edirdilər.
  İclası giriş sözü ilə açan Rəna Fərəcova qəsəbə haqqında ümumi məlumat verdikdən sonra Rayon İcra Hakimiyyətinin başçısının Ramana qəsəbəsi üzrə nümayəndəsi Məhəmməd Əsədov və Ramana Bələdiyyəsinin sədri İntizar Rzayeva hesabat məruzəsi ilə çıxış etdilər.
  Sonda çıxış edən qəsəbə sakinləri qəsəbədə gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirərək onları narahat edən bir sıra məsələlərin həlli ilə bağlı müraciətlər etdilər.Müraciət və təkliflər dinlənildikdən sonra sakinlərə müvafiq izahatlar verilərək qaldırılan məsələlərin həlli istiqamətində müvafiq qurumların rəhbərlərinə konkret tapşırıqlar verildi.
 
 
 
 
 
 
 
Keçidlər