Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayon İcra Hakimiyyəti başçısının Zabrat qəsəbəsi üzrə nümayəndəliyinin 2018-ci ilin yekunları və 2019-cu ildə qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirildi

07 yanvar 2019 | 20:00
08.01.2019-cu il tarixdə Zabrat qəsəbəsində yerləşən 81 nömrəli tam orta məktəbin akt zalında Sabunçu rayon İcra Hakimiyyəti başçısının Zabrat qəsəbəsi üzrə  nümayəndəliyinin və Zabrat Bələdiyyəsinin 2018-ci ilin yekunları və 2019-cu ildə qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirildi.
İclasda Sabunçu Rayon İcra Hakimiyyəti başçısının I müavini Güloğlan Məmmədov, Rayon İcra Hakimiyyəti başçısı aparatının şöbə müdirləri, Rayon İcra Hakimiyyəti başçısının Zabrat qəsəbəsi üzrə nümayəndəsi, Zabrat Bələdiyyə sədri və bütün xidmət sahələrinin rəisləri iştirak edirdilər.
Sabunçu Rayon İcra Hakimiyyəti başçısının I müavini Güloğlan Məmmədov iclası giriş sözü ilə açaraq qəsəbə haqqında ümumi məlumat verdi. Qeyd olundu ki,ərazisi 20 km², əhalisi 40.000 nəfərdən çox olan Zabrat qəsəbəsi Sabunçu rayonunun  sənaye qəsəbələrindən biridir.2018-ci ildə görülən işlər barədə məruzə ilə çıxış edən Sabunçu rayon İcra Hakimiyyəti başçısının Zabrat qəsəbəsi üzrə nümayəndəsi İlqar Süleymanov ötən ildə əhalinin sosial problemlərinin həlli ilə əlaqədar görülən işlər barədə ətraflı məlumat verdi. Qeyd olundu ki, hesabat ili ərzində  vətəndaşları narahat edən məsələlərlə əlaqədar 228 nəfər nümayəndənin qəbulunda olmuşdur.Müraciətlər  əsasən abadlıq,  təmizlik, nəqliyyat, küçələrin işıqlandırılması ilə bağlı olmuş, bununla bağlı sosial sifarişlər öyrənilmiş,  problemlərin həlli barədə təkliflər hazırlanaraq Rayon İcra Hakimiyyətinə təqdim edilmişdir.İl ərzində  qəsəbə əhalisinin dayanıqlı elektrik enerjisi, su və qaz təhcizatı ilə bağlı əlaqədar aidiyyatı qurumlarla birgə təxirəsalınmaz tədbirlər görülmüşdürюQəsəbə sakinlərinin qaz təchizatının yaxşılaşdırılması və texnoloji rejimə uyğun əhalinin fasiləsiz qaz təchizatının  təmin edilməsi məqsədilə 2018-ci il ərzində “Azəriqaz”İB-yi və onun struktur təşkilatları tərəfindən  Zabrat qəsəbəsində plansız şəkildə  çəkilmiş müxtəlif diametrli köhnə qaz  xətləri ləğv edilmiş və əvəzində 1051 p/m  uzunluğunda müxtəlif diametrli  yeni qaz xəttləri çəkilərək rənglənmiş,  1 ədəd yeni qaz tənzimləyici qurğu quraşdırılmışdır.
 2018-ci il ərzində Su Kanal Departamenti tərəfindən Zabrat qəsəbəsində ümumilikdə 5200 p/m müxtəlif diametrli borularla su xətti çəkilmiş, o cümlədən dəmir yolu xətlərinin yenidən qurulması ilə əlaqədar 2857 p/m su xətti isə əsaslı təmir olunmuşdur. Yay aylarında Murad Mirzəyev küçəsində abonentlərin su təchizatını yaxşılaşdırmaq məqsədilə 2400p/m, X.Vəliyev küçəsində 600 p/m, N.Nərimanov 23 ünvanında 280p/m yeni su xətləri çəkilmişdir. Qəsəbədə ümumilikdə 500 p/m kanalizasiya xətti yenilənmişdir, o cümlədən, X.Vəliyev küçəsində  22 p/m, Hüseyn Cavid  küçəsində 420 p/m yeni kanalizasiya xətti çəkilmişdir.
2018-ci ilin iyul ayında qəsəbə ərazisinə içməli suyun verilməsində   yaranan problemin aradan qaldırılması ilə bağlı Sabunçu Sukanal İdarəsi ilə birgəbəzi təxirəsalınmaz tədbirlər görülmüşdür. Belə ki, qəsəbənin Murad Mirzəyev, Hüseyn Cavid, Nəsibə Zeynalova, Sadıq Cəfərov, Nərimanov,  28 May və Babək küçələrində yaşayan sakinlərə  50 maşın hər biri 8 ton, ümumilikdə 400 ton su paylanılmışdır.
Keçən əsrin 70-ci illərində Zabrat İstixana Kombinatının işçiləri üçün salınmış yaşayış sahəsində istifadə olunan mərkəzi kanalizasiya xətti uzun illər istifadə olunduğundan və ətraf fərdi yaşayış evlərinin kanalizasiya xəttləri buraya qoşulduğundan xətt tamamilə sıradan çıxmışdır. 2018-ci ilin fevral-mart ayları ərzində Sabunçu Rayon İcra Hakimiyyətinin tapşırığına əsasən Rayon Su Kanal Departamenti tərəfindən 240 metr uzunluğunda 500 mm ölçüdə mərkəzi kanalizasiya xətti çəkilərək üzərində 9 baxıcı quyu quraşdırılmışdır. Bununlada Məshəti Gəncəvi, Xan Şuşinski  və ətraf küçələrdə yaşayan sakinlərin kanalizasiya problemi öz həllini tapmışdır.
2018-ci ilin payız- qış mövsümündə Zabrat və Maştağa qəsəbələrinin  məhəllədaxili ərazilərinin bir hissəsinin su basmadan  qarşısını almaq məqsədilə Mehdi Hüseynzadə küçəsi Zabrat-Maştağa körpüsünün altı-dəmir yolu xətti boyunca mövcud 800 metr uzunluğunda kanalın Maştağa qəsəbə  nümayəndəliyi ilə birgə xüsusi texnika vasitəsilə içərisi təmizlənərək dərinləşdirilmişdir,  Bakı şəhər MKTD-nin beton zavodunun kənarından  yeni 250 metr uzunluğunda kanal qazılmış, 80 metr məsafəyə 1 metr diametrdə beton borular düzülərək çirkab suyun axıdılması təşkil olunmuşdur.  
Bununlada  mövcud göllərin sularının  axıdılması təmin edilərək dəmiryol xəttinin və Zabrat-Maştağa körpüsünün bünövrəsinin yuyulmasının qarşısı alınaraq  qış mövsümündə Mehdi Hüseynzadə, Zabrat-Maştağa və Zabrat Kürdəxanı yolları boyunca yerləşən fərdi yaşayış evlərinin həyətyanı sahələrinin su basmadan qarşısının alınması məqsədilə qabaqlayıcı tədbirlər görülmüşdür.
Zabrat qəsəbəsinin Həzi Aslanov, Cəlil Məmmədquluzadə, Turgenev, Kərim Kərimov, Məşədixanım Neymətova, Aydınlıq, Həsən Seyidbəyli küçələrində  yerləşən fərdi yaşayış evlərindən axıdılan çirkab sular Həsən Seyidbəyli və Babək küçələrinin  arasında yerləşən süni gölə toplanır. Uzun müddət bu əraziyə toplanan sular səbəbindən qeyd olunan ərazidə yerləşən fərdi yaşayış evlərinin zirzəmilərinə və həyətyanı sahələrinə qrunt suları toplandığından sakinlər əziyyət  çəkirdilər.
Sabunşu Rayon İcra Hakimiyyəti başçısının Zabrat qəsəbəsi üzrə nümayəndəliyi və qəsəbə bələdiyyəsi ilə birgə Həsən Seyidbəyli küçəsində yerləşən süni göl avqust ayında  xüsusi  texnika vasitəsilə 230 metr uzunluğunda 3metr enində dərinləşdirilmişdir. Göldə toplanan suyun kənarlaşdırılması üçün ayda 2 dəfə iri həcmli mator qurğusu quraşdırılaraq 200 mm diametrli borular vasitəsilə 80 metr məsafədə yerləşən mərkəzi xəttə axıdılaraq suyun  səviyyəsi aşağı salınmışdır. Bu ərazidə yanvar ayında tərəfimizdən daimi mator qurğusu quraşdırılıb.
 Qəsəbə sakinlərini narahat edən əsas məsələlərdən biri də məhəllədaxili və yeni yaşayış sahəsinin  yollarında asfalt örtüyünün olmamasıdır. Qəsəbə nümayəndəliyinin və bələdiyyənin daxili imkanları hesabına qəsəbədə kəskin qəzalı vəziyyətdə olan yollar növbəlilik əsasında təmir edilərək asfaltlanma işləri aparılır. Belə ki, keçən il qəsəbənin Barat Şəkinskaya və Məhsəti Gəncəvi  küçələri “Azəravtoyol”MMC tərəfindən   əsaslı təmir edilərək 4450 m² asfalt örtüyü döşənib,Yeni Yaşayış massivi, 198 saylı marşrut avtobusunun son dayanacağından Yeni məhəllə istiqamətinə  təmir edilərək 1350 m², Züleyxa Seyidməmmədova küçəsi 2700 m², X.Vəliyev küçəsinə isə 1200 m² çınqıl örtüyü döşənib. Babək və Musa Bayramov küçələrinin kəsişməsi əsaslı  təmir olunaraq 420 m² asfalt örtüyü döşənilib. X.Vəliyev, H.Aslanov, R.Göyüşov, M.Bayramov, N.Nərimanov və Vidadi küçələrinin yollarının asfalt örtüyü cari təmir olunmuşdur.
Ümumilikdə 2018-ci il ərzində qəsəbə ərazisində 6000 m²asfalt örtüyü vurulub.Bundan əlavə qəsəbə daxili yolların təmiri üçün 230 kub çınqıl daşı yayılıb.
Hesabat ili ərzindəAzərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, respublikanın hər yerində olduğu kimi Zabrat qəsəbəsində yerləşən tibb müəssisəsində də 8021nəfər qəsəbə sakini  tibbi müayinədən keçmişdir.   
2017-2018-ci  tədris ilində Zabrat qəsəbəsində yerləşən 5 tam orta məktəblərin şagirdləri yüksək naliyyətlər göstərmiş, qəbul imtahanlarında qəsəbə məktəblərinin  məzunlarından 64%-i ali təhsil ocaqlarına qəbul olunaraq tələbə adını qazanmışlar. 192 saylı tam orta məktəbin məzunu Anar Kərimxanov ən yüksək - 700 bal toplamışdır. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin  23 may 2018-ci il tarixli Sərəncamına əsasən 2018-ci ildə əsaslı təmir olunacaq məktəblərin siyahısına 1936-cı ildə inşa olunmuş və uzun illər istismar edilən 192 saylı tam orta məktəb daxil edilərək yüksək keyfiyyətlə təmir edilmişdir. 13 sentyabr 2018-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev aparılan əsaslı  təmirdən sonra 192 saylı tam orta məktəbin açılışını edərək orada şagirdlərin  təhsili üçün yaradılan şəraitlə tanış olaraq məktəbin rəhbərliyinə tapşırıq və tövsiyələrini vermişdir.
 Hər il olduğu kimi ötən ildə də yaz-yay mövsümünün başlanması ilə əlaqədar qəsəbə ərazisində idarə, müəssisə, təşkilat və qəsəbə sakinlərinin iştirakı ilə bir neçə iməcliklər təşkil edilmiş, abadlıq, sanitar təmizlik,yaşıllaşdırma  işlərinin görülməsi təmin edilmişdir.
May və avqust ayı ərzində Babək, Musa Bayramov və Əmir Bağırov küçələri boyunca hasarlar və ticarət obyektləri rənglənmiş, Musa Bayramov küçəsində dəmir darvazalar və su çənləri  boya ilə rənglənmişdir.Əmir Bağırov küçəsində 2 sakinə məxsus çəpərlər sökülərək yeni səliqəli dəmir lövhələrdən çəpər çəkilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 11 iyun 2018-ci il tarixli “Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi” haqqında Sərəncamının 1.3-cü maddəsinə əsasən “Azərbaycan Respublikasının Daxili İşlər  Nazirliyi  və yerli icra hakimiyyəti orqanları ilə birlikdə “Yeyinti məhsulları haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü və 8-ci maddələrinin tələblərindən irəli gələrək, baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab verməyən yerlərdə, küçələrdə, yol kənarında satış məntəqələri üçün heyvan kəsimihallarının qarşısının alınması istiqamətində tədbirlərin görülməsi tapşırılmışdır.
 İl ərzində milli və dövlət bayramlarının qəsəbə ərazisində qeyd edilməsi və keçirilməsi ənənə halını almış, hər il olduğu kimi milli bayramlar ərəfəsində şəhid,əlil və kimsəsiz ailələrə, o cümlədən, bu qəbildən olan məcburi köçkün ailələrinə qayğı ilə yanaşılmış və onlara maddi köməkliklər göstərilmişdir.
 Xalqımızın qan yaddaşına daxil olmuş 20 yanvar, 26 fevral  Xocalı soyqırımı və 31 mart Azərbaycanlıların soyqırımı günləri qəsəbə ərazisindəki bütün müəssisə və təşkilatlarda anılmış, şəhidlər yad olunaraq xatirə mərasimləri təşkil edilmişdir.  Məktəblərdə şagirdlərin iştirakı ilə ədəbi-bədii kompozisiyalar təşkil edilmişdir. Tədbirlərdə İcra Hakimiyyətinin məsul işçiləri iştirak etmişdir. 
 6 mart 2018-ci il tarixində Xalqımızın sevimli  Novruz bayramı ərəfəsində Zabrat-Kürdəxanı və Pirşağı qəsəbələrinin sakinlərinin iştirakı ilə 81 saylı tam orta məktəbin həyətində keçirilən böyük bayram tədbirində Rayon İcra Hakimiyyətinin rəhbərliyi qəsəbə sakinlərini  təbrik etmişdir. Tədbirdə böyük bayram tonqalı ətrafında məktəblilərin iştirakı  ilə ədəbi-bədii kompozisiya  nümayiş etdirilmişdir. Müqəddəs Ramazan bayramı münasibəti ilə qəsəbə sakinləri üçün rayon rəhbərliyinin təşkilatçılığı ilə200 nəfərlik iftar süfrəsi, şəhid,əlil və kimsəsiz ailələrə isə  ərzaq bağlamaları verilmişdir. Həmçinin, Qurban bayramında  qurbanlıq heyvanlar kəsilərək şəhid ailələrinə,əlillərə və aztəminatlı ailələrə paylanmışdır.     
 Qəsəbənin sosial məsələlərinin həlli ilə bağlı qaldırılan hər bir  təklif  Rayon İcra Hakimiyyəti rəhbərliyi  tərəfindən  diqqətlə  dinlənilmiş və bu məsələlərin  həllində lazımi köməkliklər göstərilmişdir.
Daha sonra Zabrat Bələdiyyəsinin sədri  Nailə Nəsirova 2018-ci il ərzində Bələdiyyə tərəfindən görülmüş işlər barədə geniş məlumat verdi.
Hesabat iclasının sonunda qəsəbə sakinlərinin də fikir və təklifləri dinlənildi və aidiyyatı qurumlara müvafiq tapşırıqlar verildi.
 
 
 
 
 
 
 
 
Keçidlər