Bakıxanov qəsəbəsinin 2013-cü ilə dair yekun hesabat yığıncağı keçirilmişdir
Adətən ili yola salarkan hər kəs ani olsa da keçənlərə nəzər yetirir, əldə olunan uğurlara sevinməklə yanaşı yeni ildə qarşıda duran məqsəd və görüləcək işləri müəyyənləşdirir, çünki ötən illərdə əldə olunan uğurlar gələcəyin daha böyük nailiyyətləri üçün zəmin yaradır.
2013-cü il bütün Azərbaycan vətəndaşları kimi, Sabunçu rayonu Bakıxanov qəsəbə sakinləri üçün də uğurlu bir il olmuşdur. Başa çatan ildə ölkəmiz dinamik inkişaf prosesini davam etdirərək həm bölgədə lider dövlət mövqeyini qoruyub saxlamiş, həm də dünyada çox böyük nüfuz qazanmış sürətli inkişaf edən ölkələr sırasına daxil olmuşdur. Qazanılmış bu müvəffəqiyyətlərin təməlini təşkil edən Azərbaycanın inkişaf strategiyası Ulu Öndər Heydər Əliyev tərəfindən formalaşdırılmış və bu strateji kursu uğurla davam etdirən Prezident cənab İlham Əliyev,ölkənin sürətli tərəqqisini təmin etmişdir. 2013-cü ildə də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin dinamik inkişafı davamlı olmuş, ötən hesabat ili zəngin hadisələrlə yadda qalmışdır. Belə ki, ilk növbədə 2013-cü ilin oktyabr ayının 9-da ölkəmizdə keçirilən Prezident seçkilərini demokratiyanın təntənəsi kimi qeyd etmək olar. Azərbaycan xalqı bu seçkilərdə son on illər ərzində ölkəmizdə görülən işlərə öz yüksək qiymətini verərək möhtərəm İlham Əliyevə etimad göstərmişdir. Cənab Prezident İlham Əliyevin sərəncamına əsasən 2013-cü il həmdə “İnformasiya və Texnologiya” ili olmuşdur, bu istiqamətdə ölkəmiz çox böyük uğurlara imza atmış və ilk dəfə olaraq Azərbaycanın “Azerspace-1” adlı süni peyki kosmik orbitə buraxılmışdır. Bununla yanaşı ötən il gələcəkdə neft sektorunun inkişafına xidmət göstərəcək “Şahdəniz-2” layihəsinin imzalanması da əldə edilən uğurlar sırasındadır. 23 dekabr 2013-cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Bakı şəhər İcra Hakimiyyətində “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının” icrasının yekunlarına həsr olunmuş konfransında bir daha qeyd edildiyi kimi bütövlükdə 2013-cü ildə Azərbaycanın uğurlu dinamik inkişafı təmin edilmişdir. Ötən il ərzində hörmətli Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi sahəsində respublikamızda əldə olunan nailiyyətlər, uğurlar Bakı şəhərinin nüfuzlu rayonlarından olan Sabunçu rayonu, o cümlədən Bakıxanov qəsəbəsindən də yan keçməmişdir.
Bakıxanov qəsəbəsi Sabunçu rayonunun mərkəzi qəsəbəsi olaraq 12 km2 ərazini əhatə edir. Qəsəbədə rayonun struktur təşkilatları, 12 tam orta məktəb, 14 dövlət, 2 özəl məktəbəqədər körpələr evi-uşaq bağçası, 2 peşə litseyi, olimpiya idman litseyi, musiqi məktəbi, 2 kollec, 6 səhiyyə müəssisəsi, 9 özəl müalicə mərkəzi və digər idarə və müəssisələr fəaliyyət göstərir. Qəsəbədə 2357 məcburi köçkün ailəsi, 5 milli qəhrəman ailəsi, 192 şəhid ailəsi, 110 nəfər Qarabağ əlili və 6 nəfər “20 yanvar” əlili olmaqla, təsərrüfat evlərinin sayı 21015, əhali sayı isə 78116 nəfər təşkil edir.
Hesabat ili ərzində Bakıxanov qəsəbəsində yerləşən 12 ümumtəhsil tam orta məktəblərdə 886 məzun olmuşdur. Bu ilin məzunlarından 802 nəfəri ali təhsil ocaqlarına sənəd vermiş və 502 nəfəri müvəffəqiyyətlə qəbul imtahanlarını keçərək ali təhsil ocaqlarına qəbul olunmuşdular ki, bu da qəsəbə üzrə ümumi məzunların 62.6% -ni təşkil edir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 1490 saylı 4 may 2011-ci il tarixli sərəncamı ilə “2011-2013-cü illərdə Bakı şəhər və onun qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair” tədbirlər planını və 22 iyun 2012-ci il tarixində isə Dövlət Proqramının icrası ilə bağlı “Bakı şəhər və onun qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair” əlavə tədbirlər planını təsdiq etmişdir.
Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının Bakıxanov qəsəbəsi üzrə nümayəndəliyi 2013-cü ildə öz işini məhz Dövlət Proqramının icrası istiqamətində qurmuş, Rayon İcra Hakimiyyəti Başçısının sərəncam, tapşırıq və tövsiyyələrinə əsasən nümayəndəliyin iş planına uyğun olaraq sakinlərin sosial problemlərinin həlli yolunda müəyyən işlər görmüşdür. Belə ki, hesabat ili ərzində qəsəbə nümayindəliyinə müxtəlif məzmunda 256 ərizə, məktub və sorğu daxil olmuşdur. Müraciətlər “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikasının 1997-ci il tarixli qanununa və Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 1998-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş qaydalara əsasən nəzərdə tutulmuş müddətdə araşdırılmış, lazımı tədbirlər həyata keçirilmiş və cavablandırılmışdır. 2013-cü il ərzində Rayon İcra Hakimiyyəti başçısının qəsəbə üzrə nümayəndəliyində vətəndaşları narahat edən məsələlərlə əlaqədar 126 nəfər nümayəndənin qəbulunda olmuş, abadlıq, asfalt örtüyünün vurulması, nəqliyyat, küçələrin işıqlandırılması ilə bağlı sosial sifarişlər öyrənilmiş, problemlərin həlli barədə təkliflər hazırlanaraq rayon rəhbərliyinə təqdim edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 14 aprel 2012-ci il tarixli sərəncamı ilə cənab Adil Vəliyev Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi Sabunçu rayonunun həmçinin Bakıxanov qəsəbəsinin sosial-iqtisadi inkişafında yeni bir mərhələnin başlanğıcına səbəb oldu. Belə ki, rayonun bir çox qəsəbələrində olduğu kimi Bakıxanov qəsəbəsində də geniş abadlıq və yenidənqurma işləri başlanılmışdır. Qəsəbənin ümumi görünüşünə xələl gətirən bir çox zövqsüz tikililər sökülmüş, Səmədbəy Mehmandarov, Muxtar Fətəliyev, Yavər Əliyev küçələrində çoxmərtəbəli yaşayış binalarının fasadına 40590 m2 yenidən qurulmuş, yararsız vəziyyətə düşmüş səkilər daş örtüklərlə yenilənmiş, binaların qarşısına yaşıllıq zolağı salınmış, sakinlərin istirahəti üçün müasir uslubda güşələr yaradılmışdır. Bu işlər mərhələli şəkildə davam etdirilməkdədir. Qəsəbənin məhəllədaxili ərazilərində də geniş abadlıq işləri aparılır. Əhmədbəy Ağayev, Səmədbəy Mehmandarov, Ramiz Qəmbərov, Oskar Əfəndiyev və digər küçələrdə qanunsuz zəbt edilərək hasarlara alınmış ərazilərdə hasarların ləğvi işləri görülmüş, yöndəmsiz tikililər, binaların qanunsuz artırmaları sökülmüş, məhəllələrin uşaq meydançalarında, binaların mühafizə zolaqlarında quraşdırılmış metal konstruksiyalı qarajlar götürülmüş, Əli Kərim, Muxtar Fətəliyev küçələrinin işıqlandırılması həyata keçirilmişdir.
“Akkord” yaşayış kompleksinin qarşısında Yavər Əliyev küçəsi genişləndirilərək müasir tələblərə uyğun iki hərəkət hissəli hər birində üç hərəkət zolağı olmaqla yol çəkilmiş, Şamil Kamilov (Nizami rayonu ilə sərhəd ərazi) küçəsində yolun hərəkət hissəsi genişləndirərək mövcud divara aqlay daşı vurulmuş, piyadaların gediş-gəlişi üçün düzəldilmiş səkilərə daş örtük salınmışdır. Sabunçu rayon İcra Hakimiyyəti Başçısının təşəbbüsü və birbaşa rəhbərliyi ilə daxili imkanlar hesabına 2012-ci ildə Bakıxanov qəsəbə Nümayəndəliyi və Sabunçu rayonu Qeydiyyat şöbəsi üçün Ruhulla Axundov küçəsi 27 ünvanında yeni inzibati binanın inşasına başlanılmış, 2013-cü il mart ayında isə istifadəyə verilmişdir. Hal-hazırda qəsəbədə yerləşən ümumi Azərbaycan Respublikası Prezidentinin 14 aprel 2012-ci il üzlük daşlar vurularaq müasir dizaynda işıqlanma sistemi ilə ərazisi 2,2 ha olan Heydər Əliyev parkında yenidənqurma işləri və arxitekturası ilə seçilən layihə əsasında Heydər Əliyev Mərkəzinin tikintisi aparılır, Sabunçu rayon İcra Hakimiyyətinin inzibati binasının müasir üslubda yenidən qurulması və əsaslı təmiri isə tamamlanmışdır. 2013-cü ildə Bakıxanov qəsəbəsi ərazisində rayon Prokurorluğu üçün yeni inzibati bina istifadəyə verilmiş və uzun müddət uşaq bağçalarında fəaliyyət göstərən 47, 81 saylı Mənzil Kommunal İstismar Sahələri üçün Rayon İcra Hakimiyyəti tərəfindən yeni binalar inşa olunmuşdur.
Qəsəbədə hal-hazırda 2 saylı Bakı şəhər iqtisad məhkəməsi və rayon məhkəməsi üçün yeni inzibati binalarının tikintisi aparılır. Dövlət Proqramında öz əksini tapan təhsil və səhiyyə müəssisələrinin təmiri ilə də bağlı bir çox işlər görülmüşdür. Belə ki, 5 saylı uşaq-yoluxucu xəstəxanası əsaslı təmir edilərək istifadəyə verilmiş, Gənclər Mərkəzində son tamamlama, 191, 198 və 105 saylı körpələr evi-uşaq bağçalarında əsaslı təmir işləri aparılır, 3 saylı uşaq stomotoloji poliklinikada isə əsaslı təmir işləri qurtararaq avadanlıqlarının quraşdırılması başa çatdırılır, bundan əlavə 80 saylı tam orta məktəb əsaslı təmir edilmiş, 252 saylı tam orta məktəbdə yeni əlavə korpus inşa olunmuşdur. 12 sentyabr 2013-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Bakıxanov qəsəbəsində olmuş, 80 və 252 saylı tam orta məktəblərdə aparılan təmir və yenidənqurma işləri ilə tanış olaraq açılış etmiş, Sabunçu rayonu İcra Hakimiyyətinin Başçısı cənab A.Vəliyevin rəhbərliyi ilə Sabunçu rayonunda aparılan geniş yenidənqurma və abadlıq işlərini yüksək qiymətləndirmişdir. Qəsəbədə aparılan geniş miqyaslı yenidənqurma və abadlıq işləri sakinlər tərəfindən də böyük ruh yüksəkliyi ilə qarşılanır, görülən işlər təqdirəlayiq hesab edilərək alqışlanır.
Rayon İcra Hakimiyyətinin başçısı hörmətli Adil müəllim mütəmadi olaraq Bakıxanov qəsəbəsinin məhəllələrində sakinlərlə görüşür, onların müraciətlərini, arzu və istəklərini dinləyir, qaldırılan məsələlərin həlli istiqamətində müvafiq tapşırıqlarını verir. Onun nəticəsidir ki, Məmmədhəsən Hacinski küçəsi 21A və 80 saylı binaların arasında yararsız halda olan “Xeyir-Şər” evinin əvəzinə yenisi tikilmiş, Muxtar Fətəliyev küçəsi 28, 28B, 32, 34 saylı binalarının dam örtükləri yenilənmış, həyətdə işıqlandırma sistemi quraşdırılmış, asfalt örtüyü vurulmuş, müasir tipli günlüklər qoyulmuş, abadlıq işləri aparılaraq layihə əsasında “Xeyir-Şər” evinin tikintisi tamamlanmaqdadır.
Dövlət Proqramı çərçivəsində qəsəbənin su və kanalizasiya sistemi, qaz təchizatı, enerjilə təminatı istiqamətində 2013-cü il ərzində mühüm tədbirlər görülmüşdür. Belə ki, qəsəbə sakinlərinin qaz təchizatının yaxşılaşdırılması və texnoloji rejimə uyğun əhalinin fasiləsiz qaz təchizatının təmin edilməsi məqsədilə 2013-cü il ərzində “Azəriqaz” İB-yi və onun struktur təşkilatları tərəfindən “Koroğlu” metro stansiyasının yaxınlığında daha etibarlı mənbə kimi yeni Bakıxanov ölçü qovşağı yaradılmış, burada müasir tipli ROK-407 markalı qaz sayğacı, RDUK tipli tənzimləyici və digər avadanlıqlar quraşdırılmışdır. Yavər Əliyev küçəsindən Doğum evinin qarşısı ilə keçən 530 mm-lik yeraltı qaz kəmərinin yararsız vəziyyətə düşmüş 2100 metr uzunluqda hissəsi dəyişdirilərək 315 mm-lik polietilen qaz kəməri ilə əvəzlənmiş, Nazim İsmayılov küçəsi ilə 315 mm-lik 1500 metr uzunluqda yeraltı polietilen qaz xətti çəkilərək daşıyıcı qaz kəmərləri ilə əlaqələndirilmişdir. Bundan əlavə “Azəriqaz” İB-nin sifarişi ilə tikinti təşkilatları tərəfindən qəsəbədə ümumi uzunluğu 109658 metr müxtəlif diametrli borularla küçə qaz kəmərləri çəkilərək, 28 ədəd qaz tənzimləyici şkaf, 60 ədəd siyirtmə, 5620 ədəd Smart-kart tipli qaz sayğacı quraşdırılmış, 287 fərdi ev qazlaşdırılaraq qeydiyyata alınmışdır.
Bakıxanov qəsəbə sakinlərinin fasiləsiz su ilə təmin etmək məqsədilə 2013-cü il ərzində “Azərsu” ASC-nin podratçı təşkilatları tərəfindən Şamil Kamilov, Xəlilbəy Xasməmmədov, Aşıq Alı, Muxtar Fətəliyev, Sülh və İvan Krılov küçələrində müxtəlif ölçülü borularla 64159 pm su xətləri çəkilmiş, 13 ədəd siyirtmə dəsti və 8 ədəd yanğın hidrantı quraşdırılaraq yeni şəbəkə qurulmuşdur. Bundan başqa Sabunçu Su-kanal Departamenti tərəfindən 2013-cü il ərzində qəsəbə ərazisində su şəbəkəsinin istismarı sahəsi üzrə müxtəlif ünvanlarda 2586 pm su xəttləri dəyişdirilmiş, kanalizasiya və yağış suları şəbəkələrinin istismarı sahəsi üzrə qəsəbə ərazisində 2013-cü il ərzində müxtəlif ölçülü 971pm borulardan istifadə edilərək məhəllədaxili ərazilərdə və binaların zirzəminələrində təmir və yeni xəttlərin çəkilişi aparılmış, 41 ədəd lyuk quraşdırılmışdır.
Qəsəbədə elektrik enerjisinin keyfiyyətli və dayanıqlı verilməsini təmin etmək məqsədilə “Bakıelektrikşəbəkə” ASC-nin Sabunçu RETSİ tərəfindən 2013-cü il ərzində Bakıxanov qəsəbəsində 4 ədəd yeni transformator məntəqəsi, 9 ədəd alçaq gərginlikli, 8 ədəd yuxarı gərginlikli vakum tipli yuvalar, binalarda isə 8 ədəd paylayıcı şit quraşdırılmışdır. Hesabat ili ərzində 9665 metr yüksək gərginlikli və 1873 metr alçaq gərginlikli kabel çəkilmiş, 3367 metr yüksək gərginlikli hava xətlərində naqil dəyişdirilmişdir. Bakıxanov qəsəbəsinin qarşılaşdığı problemlərdən biri də əhalinin qış mövsümü müddətində istilik təchizatı ilə bağlıdır. Hesabat ili ərzində 7 saylı İstilik Sistemləri İstismar Sahəsi tərəfindən əhalinin istilik təchizatı ilə bağlı müəyyən işlər görülmüşdür. Hazırda qəsəbəmizdə istilik ilə təmin olunası 268 yaşayış binasından 148 bina, 8 tam orta məktəb, 7 uşaq bağçası, 6 səhiyyə obyekti və 17 digər obyektlər fasiləsiz istiliklə təmin olunurlar. Rayon İcra Hakimiyyəti Başçısının tapşırığına əsasən uzun illər istilik almayan 9 çoxmənzilli yaşayış binalarının məhəllədaxili və aşağı istilik paylama xətlərində əsaslı təmir işləri aparılmış, göstərilən binalar istiliklə təmin olunmuşdurlar. Bundan əlavə qəsəbə ərazisində 3 ünvanda yeni müasir tipli qazanxanalar tikilmiş, 1 qazanxanada avadanlıqların quraşdırma işləri başa çatdırılmış, digər 2 qazanxanada avadanlıqların quraşdırma işləri aparılır. Bu qazanxanalardan istilik alması nəzərdə tutulan 53 yaşayış binalarının məhəllədaxili və aşağı istilik xətlərinin əsaslı təmiri 2014-cü ilin Dövlət Proqramına əsasən aparılacaqdır.
2013-cü il ərzində Sabunçu rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi və onun struktur bölmələri tərəfindəndə qəsəbədə bir çox işlər görülmüşdür. Belə ki, Muxtar Fətəliyev, Leyla Məmmədbəyova, Surxay Cabbarov küçələrində və sair ünvanlarda 16000 m2 dam örtüyündə cari təmir işi aparılmış, Rayon İcra Hakimiyyətinin köməkliyi ilə Yavər Əliyev küçəsi, Muxtar Fətəliyev küçəsi, Səmədbəy Mehmandarov küçəsində yerləşən 13 binanın dam örtükləri yenilənərək 8319 m2 olunmuşdur. Cari ildə 32 ədəd müasir tipli elektron liftləri quraşdırılıb istismara buraxılmışdır. Ümumiyyətlə 236 sərnişin liftindən 56-sı əsaslı təmir olunmuş, 47-si isə yenisi ilə əvəz olunmuşdur. Quraşdırılan liftlərin şaxta çalaları, lift maşın şöbələri iri qabaritli tullantılardan təmizlənmiş, pilləkən qəfəslərində işıqlanmanın qarşısını alan qeyri-qanuni quraşdırılan maneələr sökülərək götürülmüşdür. Bundan əlavə bir sıra ünvanlarda 380 metr damdan su axıdıcı novalçalarda cari təmir işi aparılmış, binaların girişində 56 qapı, pilləkən qəfəslərində isə 68 pəncərə təmir olunmuşdur. Ramiz Qəmbərov küçəsi, Muxtar Fətəliyev küçəsi, Adil Əlibabayev küçəsi və sair ünvanlarda 400-dən çox qeyri-qanuni zəbt olunmuş torpaq sahələrinin çəpərləri, daş hörgüdən hasarları sökülmüş 300-ə yaxın dəmir və daş qarajlar götürülmüşdür. Söküntü aparılan sahələrdən iri qabaritli tullantılar daşınaraq təmizlənmiş, eyni zamanda Bakı şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinin xətti ilə Bakıxanov qəsəbədaxili yollarının 9000 m2 örtüyü vurulmuşdur. 2013-cü ildə qəsəbə ərazisində məişət tullantılarının daşınması və zərərləşdirilməsi istiqamətində də xeyli işlər görülmüşdür. Belə ki, bir neçə ünvanlarda müasir tipli zibil meydançaları tikilmiş, müxtəlif ünvanlarda 150-yə yaxın yeni 1000 litrlik zibil konteynerləri qoyularaq gün ərzində məişət tullantılarının 2013-cü il ərzində Sabunçu rayon Mənzil Kommunal dam örtüyündə cari təmir işi aparılmış, Rayon İcra çardaq tipli dəmir örtüklə əvəz sahəsinə asfalt daşınması təşkil edilmişdir. Hesabat ili ərzində Muxtar Fətəliyev, Sülh, Eldar Xəlilov küçələri və sair ünvanlarda həyətlərin işıqlandırılması üçün 375 yüngül konstruksiyalı metal dirəklər quraşdırılaraq məhəllə və mərkəzi yolların işıqlandırılması təmin olunmuş, abadlaşdırma işləri ilə bağlı qəsəbədə 8500 m2 əkilmişdir.
1 və 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfatı Birliyinin tabeliyində olan 39, 146 və 147 saylı MKİS-lərinin qəsəbə üzrə xidməti ərazilərində də müəyyən işlər görülmüşdür. Belə ki, MKİS-lərin xidməti ərazilərində 77000 m2 xasfalt örtüyü vurulmuş, 7100 m2 dam örtüyü, 140 pm binadaxili su xətləri, 216 pm kanalizasya xətləri, 93 ədəd qapı, 74 ədəd pəncərə və 310 pm yağış navalçaları təmir olunmuşdur. Bununla asfalt örtüyü vurulmuş, dam örtüyü, 140 pm binadaxili su xətləri, 216 pm kanalizasya Bakıxanov sakinlərini narahat edən məsələlərdən biri də antisanitariya şəraitində küçələrdə ət kəsimi və küçə ticarətinin olmasıdır. 2013-cü ildə qəsəbə üzrə küçə ticarəti və ət satışı mağazalarında qanunsuzluqların aradan qaldırılması məqsədilə Sabunçu RPİ-nin 13-cü Polis Bölməsinin, Gigiyena və Epidemiologiya Mərkəzinin, Baytarlıq Ekspertiza Laboratoriyasının əməkdaşlarının iştirakı ilə mütamadi reydlər keçirilmiş, aşkarlanmış qanun pozuntuları ilə əlaqədar müvafiq tədbirlər görülməsi üçün aktlar tərtib olunmuş, cərimə sanksiyaları tətbiq edilmişdir. Bundan əlavə qəsəbə ərazisində Sakit Qocayev və Eldar Xəlilov küçələrinin kəsişməsində qeyri-qanuni fəaliyyət göstərən təndir-çörək bişirmə köşkü sökülmüş, təndirlər yığışdırılmış, Məhsəti Gəncəvi küçəsi 17 ünvanında xüsusi icazəsi olmadan işləyən təndir-çörək bişirmə köşkünün isə tərtib edilmiş akta əsasən fəaliyyəti dayandırılmışdır.
2013-cü ildə Qəsəbə nümayəndəliyinin əsas vəzifələrindən biri də ərazidə gedən qanunsuz tikililərin qarşısının alınmasından ibarət olmuşdur. İl ərzində qəsəbə üzrə 7 fərdi ev, 1 obyekt, 11 artırma, 9 hasar olmaqla 28 qanunsuz tikili faktı aşkarlanmışdır. 13 qanunsuz tikinti sökülmüş, 6 qeyri-qanuni aparılan tikinti ilə bağlı Sabunçu RPİ-nin 13-cü Polis Bölməsinə rəsmi müraciət olunmuş,görülən profilaktik tədbirlər nəticəsində qanunsuz tikinti işləri dayandırılmışdır. Bundan əlavə qeyd etmək istəyirəm ki, qəsəbə nümayəndəliyinin ağrılı yerlərindən biridə Bünyatov küçəsi “Koroğlu” metro stansiyasının yaxınlığında salınmış gecə qonduları ilə bağlıdır.Son bir neçə ay ərzində bu ərazidə 14 qanunsuz tikinti aparılması cəhtinin qarşısı 12-ci Polis Bölməsinin əməkdaşları ilə birgə alınmış və ərazi nəzarətə götürülmüşdür.
Hesabat ilində Yerli İcra Hakimiyyətləri Haqqında Əsasnaməyə uyğun olaraq ərazidə fəaliyyət göstərən dövlət qurumları, bələdiyyə ilə nümayəndəliyin qarşılıqlı fəaliyyəti təmin edilmiş, qəsəbə üzrə aktiv seçki hüququna malik olan seçicilər haqda məlumatlar toplanılmış, 26 saylı Bakıxanov Seçki Dairəsi ilə seçici siyahılarının dəqiqləşdirilməsi aparılmışdır.2013-cü il ərzində Azərbaycan Respublikası Prezidentinin hərbi çağırış fərmanının icrası ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu rayon şöbəsi ilə birgə qəsəbə üzrə əsgəri xidmətə çağırılmış gənclərin çağırış məntəqələrinə gəlməsi təmin olunmuşdur.
Bakıxanov qəsəbəsi üzrə 2013-cü ildə 20 yanvar faciəsinin 23-cü, Xocalı soyqırımının 21-ci il dönümləri, 31 mart Azərbaycan Soyqırım günü ilə əlaqədar bütün müəssisə və təşkilatlarda anım mərasimləri keçirilmiş, şəhidlər xiyabanında şəhid məzarları ziyarət edilərək, yad edilmişdir. Xalqımızın ən əziz və sevimli bayramı olan “Novruz” bayramı ərəfəsində qəsəbədə məskunlaşmış məcburi köçkün və şəhid ailələri ilə görüşlər keçirilmiş, ilaxır çərşənbəsində 20-dən çox məhəllədə bayram tonqallarının qalanması təşkil olunmuşdur. 19 mart 2013-cü il tarixdə A.İsgəndərov adına Mədəniyyət Sarayının qarşısında qəsəbə ərazisində yerləşən məktəblərin, uşaq bağçalarının rəqs qrupları, mədəniyyət evinin öz fəaliyyət ansamblının iştirakı ilə Novruz Bayramına həsr olunmuş şənliklər təşkil edilmişdir. Təqvimdə olan bütün bayram günlərində Qarabağ əllilləri,məcburi köçkün, şəhid və aztəminatlı ailələrə Rayon İcra Hakimiyyəti Başçısının şəxsi nəzarəti ilə bayram sovqatları paylanmış, 9 may - ΙΙ Dünya Müharibəsində Qələbə günü, 28 may Respublika günü,15 iyun Milli Qurtuluş günü geniş qeyd edilərək bu münasibətlə müəssisə və təşkilatlarda toplantılar keçirilmişdir.
Sabunçu rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ümümmilli Lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyi təntənəli qeyd olunmuş, Bakıxanov qəsəbəsində böyük konsert proqramı, atəşfəşanlıq təşkil edilmişdir. Bu tədbirdə qəsəbə nümayəndəliyi təşkilatı işlərdə yaxından iştirak etmişdir.
2013-cü il ərzində qəsəbə nümayəndəliyi möhtərəm Prezidentimiz İlham Əliyevin uğurla həyata keçirdiyi sosial-iqtisadi strategiyasından irəli gələn vəzifələri rəhbər tutaraq rayon İcra Hakimiyyəti Başçısının sərəncam, göstəriş və tapşırıqlarını layigincə yerinə yetirməyə səy göstərmiş, nümayəndəliyin iş planını Başçı tərəfindən təyin olunmuş prioritet istiqamətlərdə qurmağa çalışmışdır.