Sabunçu rayonunun Zabrat qəsəbəsində 2018-ci ilin dekabr ayı ərzində aparılan abadlıq – quruculuq işləri haqqında məlumat
10 yanvar 2019 | 20:00
2018-ci ilin dekabr ayı ərzində Zabrat qəsəbə nümayəndəliyi və Zabrat Bələdiyyəsi tərəfindən hər ay olduğu kimi 01-02 və 22-23 dekabr 2018-ci il tarixlərində qəsəbənin Həsən Seyidbəyli küçəsində yerləşən süni gölə toplanan suyun kənarlaşdırılması məqsədilə iri həcmli mator qurğusu quraşdırılaraq 200 mm diametrli müvəqqəti borular vasitəsilə 80 metr məsafədə yerləşən mərkəzi xəttə axıdılaraq gölün səviyyəsi tənzimlənmişdir.
Azəravtoyol” ASC-nin köməkliyi ilə qəsəbənin Barat Şəkinskaya və Ələsgər Ələkbərov küçələrində 450 metr yola 3000 m2 asfalt örtüyü çəkilmişdir.
Həmçinin, qəsəbənin Vidadi küçəsində yığılan yağış sularının kənarlaşdırılması üçün sıradan çıxmış nasosun əvəzinə yeni özütənzimlənən nasos qurğusu quraşdırılmış və piyada yolda təmizlik işləri aparılaraq 340 m2 asfalt örtüyü çəkilmişdir.