“Qəyyumluqda olan hər uşağa diqqət və qayğı!” layihəsi çərçivəsində növbəti görüş Bakıxanov qəsəbəsində yaşayan qəyyum uşaqlarla keçirilmişdir
14 yanvar 2019 | 20:00
Sabunçu Rayon İcra Hakimiyyəti başçısının yanında Qəyyumluq və Himayəçilik Komissiyası, Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi, “Qızıl Aypara” Cəmiyyətinin Sabunçu rayon təşkilatı və yerli özünüidarəetmə orqanları olan bələdiyyələrin birgə təşkilatçılığı ilə Sabunçu rayonu ərazisində yaşayan valideyn himayəsindən məhrum olmuş və qəyyumluğa verilmiş uşaqların yaşayış şəraitlərinin yoxlanılması, mənzil-məişət vəziyyətlərinə baxış keçirilməsi və cari ehtiyaclarının ödənilməsi məqsədi ilə həyata keçirilən “Qəyyumluqda olan hər uşağa diqqət və qayğı!” adlı layihə çərçivəsində növbəti görüş 15.01.2019-cu il tarixdə Bakıxanov qəsəbəsində təşkil olundu. Görüşdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini, RİH başçısının yanında fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Komissiyasının sədri Rəna Fərəcova, RİH başçısının yanında fəaliyyət göstərən Qəyyumluq və Himayəçilik Komissiyasının məsul katibi Səbahət Hünbətova, RİH başçısı aparatının şöbə müdirinin müavini Ədalət Teymurov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Tural Hüseynzadə, Qızıl Aypara Cəmiyyətinin Sabunçu rayon təşkilatının sədri Elmira Melikova və Bakıxanov Bələdiyyəsinin əməkdaşları tərəfindən rayonun Bakıxanov qəsəbəsində yaşayan valideyn himayəsindən məhrum olmuş və qəyyumluğa verilmiş uşaqların yaşayış şəraitlərinə baxış keçirilmiş, mənzil-məişət vəziyyətləri yoxlanılmış və uşaqlara müxtəlif hədiyyələr, ərzaq bağlamaları təqdim etməklə onlarla söhbət aparılmışdır.