Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Balaxanı qəsəbəsi üzrə nümayəndəliyinin 2018-ci ilin yekunları və 2019-cu ildə qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirildi

14 yanvar 2019 | 20:00


15.01.2019-cu il tarixdə Balaxanı qəsəbəsində yerləşən Mirzə Ələkbər Sabir adına 259 №li tam orta məktəbdə Sabunçu rayon İcra Hakimiyyəti başçısının Balaxanı qəsəbəsi üzrə nümayəndəliyinin 2018-ci ilin yekunları və 2019-cu ildə qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirildi.
İclasda Sabunçu Rayon İcra Hakimiyyəti başçısının I müavini Güloğlan Məmmədov, Rayon İcra Hakimiyyəti başçısı aparatının şöbə müdirləri, Rayon İcra Hakimiyyəti başçısının Balaxanı qəsəbəsi üzrə nümayəndəsi, Balaxanı Bələdiyyə sədri və bütün xidmət sahələrinin rəisləri iştirak edirdilər.
Sabunçu Rayon İcra Hakimiyyəti başçısının I müavini Güloğlan Məmmədov iclası giriş sözü ilə açaraq qəsəbə haqqında ümumi məlumat verdi. Qeyd olundu ki, ərazisi 19 km², əhalisi 14.300 nəfərdən çox olan Balaxanı qəsəbəsi Sabunçu rayonunun sənaye qəsəbələrindən biridir.
2018-ci ildə görülən işlər barədə məruzə ilə çıxış edən Sabunçu rayon İcra Hakimiyyəti başçısının Balaxanı qəsəbəsi üzrə nümayəndəsi Vüqar Əsədov bildirdi ki, hesabat ili ərzində cənab Prezident İlham Əliyevin tapşırığı ilə tikintisinə başlanılan şəhərin Ziya Bünyadov prospekti ilə Balaxanı-Binəqədi yolunu birləşdirən Böyük Şor gölünün içindən çəkilmış uzunluğu 2700 metr olan 4 zolaqlı I dərəcəli yeni yol cənab Prezident İlham Əliyevin iştirakı ilə açılmış və əhalinin istifadəsinə verilmişdir. Bu yeni yol Balaxanı qəsəbə sakinlərinin yolunu Ziya Bünyadov prospektinə çıxmaq üçün 2 dəfə azaltmışdır.
Balaxanı qəsəbəsindəki istirahət parkında yenidənqurma işləri aparılmış, parkda azyaşlı uşaqlar üçün əyləncə qurğuları quraşdırılmış, hasarları rənglənmiş, söhbətgahlar əsaslı təmir olunmuş və parkın işıq sistemi yenilənmişdir.
Həmçinin, Balaxanı icra nümayəndəliyi və Balaxanı bələdiyyəsinin iştirakı və təşkilatçılığı ilə qəsəbənin Mübariz İbrahimov küçəsində 50-dən çox şam ağacları əkilmişdir.
Daha sonra Balaxanı Bələdiyyəsinin sədri Vüsalə Səlimova 2018-ci il ərzində bələdiyyə tərəfindən görülmüş işlər barədə geniş məlumat verdi.
Hesabat iclasının sonunda qəsəbə sakinlərinin də fikir və təklifləri dinlənildi və aidiyyatı qurumlara müvafiq tapşırıqlar verildi.

Keçidlər