Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda “20 Yanvar” şəhidlərinin əziz xatirəsinə ehsan süfrəsi açıldı

18 yanvar 2019 | 20:00
   19.01.2019-cu il tarixdə Sabunçu Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Ülvi” şadlıq sarayında “20 Yanvar” şəhidlərinin əziz xatirəsinə ehsan süfrəsi açıldı. Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının I müavini Güloğlan Məmmədov və müavin Rəna Fərəcova, “20 Yanvar” şəhidlərinin ailə üzvləri və “20 Yanvar” əlilləri, rayonda fəaliyyət göstərən bəzi QHT nümayəndələri, Ağsaqqallar Şurasının rayon şöbələrinin nümayəndələri və rayonda fəaliyyət göstərən dini icmaların nümayəndələri iştirak edirdilər.
  Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbiri giriş sözü ilə açan Sabunçu Rayon İcra Hakimiyyəti başçısının I müavini Güloğlan Məmmədov “20 Yanvar” şəhidlərinin ailələri və yaxınlarına başsağlığı verərəkhəmin faciəli günlərdə öz ölkəsi və xalqının azadlığı, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladlarının canlarından keçərək şəhidlik zirvəsinə ucaldığını qeyd etdi. Məhz bunun nəticəsində uzun illərdən bəri arzusunda olduğumuz müstəqilliyə qovuşduğumuzu və ölkəmizin suverenlik əldə etdiyini vurğulayan G.Məmmədov dövlət tərəfindən şəhid ailələrinə daim göstərilən diqqət və qayğıdan da söz açdı.
   Tədbir rayonun axundu tərəfindən oxunan dualar ilə davam etdi.
   Sonda “20 Yanvar” şəhidlərinin ailə üzvlərinə ərzaq bağlamaları təqdim edildi.
Keçidlər