Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu Rayon İcra Hakimiyyəti və YAP Sabunçu Rayon Təşkilatının birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzinə ekskursiya edilmişdir

29 yanvar 2014 | 20:00

         2014-cü il yanvar ayının 29-da Sabunçu Rayon İcra Hakimiyyəti və YAP Sabunçu Rayon Təşkilatının birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzinə ekskursiya edilmişdir.        
         Ekskursiyada “Neft-Energetika Kolleci”, “Sosial İqtisad Kolleci”, “Sənaye Pedaqoji Kolleci”ndə təhsil alan gənclər və YAP Sabunçu rayon təşkilatının fəalları olmaqla 30 nəfər iştirak etmişdir. Ekskursiya ərzində gənclər qədim Azərbaycan mədəniyyətinin tarixinə dair vizual nümunələr, eksponatlarla tanış olmuş, ətraflı məlumatlar almışlar. Ekskursiyanın ən gözəl məqamı isə müasir elmi məlumatların cəmləşdiyi Modern dünyanın “Kosmosa səyahət” adlı bölməsi oldu.
         Bütövlükdə Azərbaycancılıq ideologiyasının, dəyərlərinin, ənənələrinin təbliğinə, həmçinin dünyəvi-elmi məlumatların təsvirinə həsr olunmuş ekskursiya maarifləndirici xarakteri ilə gəclər tərəfindən böyük maraqla qarşılanmışdır və gənclərin bu məkana daha tez-tez ekskursiya etmək arzusunda olduğunu bildirərək Sabunçu Rayon İcra Hakimiyyətinə və YAP Sabunçu Rayon Təşkilatının aparıcı nümayəndələri Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu xanım Məmmədovaya və YAP Sabunçu Rayon Gənclər Birliyinin sədri Rəşad Abbasəliyevə təşəkkürlərini bildirmişlər.

Keçidlər