Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Sabunçu qəsəbəsi üzrə nümayəndəliyinin 2018-ci ilin yekunları və 2019-cu ildə qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirildi

20 yanvar 2019 | 20:00
21.01.2019-cu il tarixdə Sabunçu qəsəbəsində yerləşən 311 №li tam orta məktəbdə Sabunçu rayon İcra Hakimiyyəti başçısının Sabunçu qəsəbəsi üzrə nümayəndəliyinin 2018-ci ilin yekunları və 2019-cu ildə qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirildi.
İclasda Sabunçu Rayon İcra Hakimiyyəti başçısının I müavini Güloğlan Məmmədov, Rayon İcra Hakimiyyəti başçısı aparatının şöbə müdirləri, Rayon İcra Hakimiyyəti başçısının Sabunçu qəsəbəsi üzrə nümayəndəsi, Sabunçu Bələdiyyə sədri və bütün xidmət sahələrinin rəisləri iştirak edirdilər.
Sabunçu Rayon İcra Hakimiyyəti başçısının I müavini Güloğlan Məmmədov iclası giriş sözü ilə açaraq qəsəbə haqqında ümumi məlumat verdi. Qeyd olundu ki, ərazisi 25 km² əhalisi 41250 nəfərdən çox olan Sabunçu qəsəbəsi Sabunçu rayonu  ərazisində yerləşən qədim və zəngin tarixə malik olan qəsəbələrdən biridir. Qəsəbə ərazisində qəsəbə nümayəndəliyi, Rayon Polis İdarəsinin 12 saylı Polis Şöbəsi, Sabunçu qəsəbə bələdiyyəsi, 12 saylı şəhər poliklinikası, 3 saylı şəhər kliniki xəstəxanası, 2 peşə liseyi, 1 kollec, 7 tam orta məktəb, 6 uşaq bağçası, 2 kitabxana, 1 məscid, 2 MKİS fəaliyyət göstərir.
2018-ci ildə görülən işlər barədə məruzə ilə çıxış edən Sabunçu rayon İcra Hakimiyyəti başçısının Sabunçu qəsəbəsi üzrə nümayəndəsi Arif Osmanov bildirdi ki,möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının 7 may 2018-ci il tarixində Sabunçu qəsəbəsi ərazisində Bakı Olimpiya Stadionundan Heydər Əliyev prospektinə keçid və müxtəlif səviyyəli yol qovşağının açılışını etməsi bu günə kimi bütün Sabunçu sakinlilərinin yaddaşında qalmışdır. Sözügedən yol qovşağında uzunluğu 496 metrə bərabər olan tunel Sabunçu qəsəbəsinə ayrıca gözəllik bəxş edir. Bu yol qovşağının inşası zamanı genişmiqyaslı tikinti-quraşdırma işləri görülüb, tunel və yan yollarda sutkanın qaranlıq saatlarında təhlükəsiz hərəkət etmək üçün işıq dirəkləri qoyulub, iki nasosxana quraşdırılıb, tikinti altına düşən kanalizasiya və rabitə xətləri köçürülmüşdür. Layihənin icrası yüksək səviyyədə və keyfiyyətlə yerinə yetirilmişdir.
Hesabat ili ərzində 163 vətəndaş qəsəbə nümayəndəsinin, 60 vətəndaş isə nümayəndə müavininin qəbulunda olmuşdur. Müraciətlər əsasən abadlıq, təmizlik, küçələrin işıqlandırılması olmuş, bununla bağlı sosial sifarişlər öyrənilmiş, problemlərin həlli barədə təkliflər hazırlanaraq  Rayon İcra Hakimiyyətinə təqdim edilmişdir.
“Azərişıq” ASC-nin Sabunçu rayon şöbəsi tərəfindən son ötən ildə xeyli iş görülmüşdür. 2018-ci il ərzində Sabunçu qəsəbəsinin Natavan, Ə.Əzimzadə, 2 Aprel, Xəstəxanayanı, E.Mehdiyev, Hüseyinqulu Sarabski, M.Hüseynzadə küçələrində transformator məntəqəsi dəyişdirilərək ümumilikdə müasir tipli yeni 630 Kva (KTM) transformator məntəqəsi quraşdırılmış, 3800 m yüksək gərginlikli elektrik  naqili yenisi ilə əvəz olunmuş, əhalinin istifadəsinə verilmişdir.       
Sabunçu qəsəbəsində abonentlərin qaz təchizatının yaxşılaşdırılması  məqsədi ilə 3 ədəd qaz tənzimləyicisi quraşdırılmışdır. Ümumilikdə 1341 p/m uzunluğunda müxtəlif diametrli borularla qazxətti çəkilmiş və təmir olunmuşdur.
Sabunçu qəsəbəsinin Ə.Məmmədəliyev 1, T.Bünyadov küçəsində, Şəhər şossesi 5-ci döngədə ümumilikdə 10200 p.m müxtəlif diametrli borularla su xətti çəkilmiş, 850 pm su xətti isə təmir olunmuşdur, 13 dəst müxtəlif ölçülü siyirtmələr quraşdırılmış, 21 ədəd isə təmir olunmuşdur. Əsasən Q.Vəzirov, Natavan küçələrinin neftlə çirklənmiş ərazilərində yeni su şəbəkəsi qurulmuşdur. Qəsəbədə yerləşən 7 su nasos stansiyasından 3 ədəd su nasosu, 7 ədəd elektrik mühərriki əsaslı təmir edilmişdir. Müvafiq dövrdə 1200 ədəd su sayğacı quraşdırılmış, 45 ədəd sayğac təmir olunmuş, əhalini gigiyenik-təmiz su ilə təmin etmək üçün  4 ədəd su anbarı (1030 m3) rayon SES-nin iştirakı ilə yuyulub zərərsizləşdirilmişdir. Yağış zamanı su basmalarının qarşısının alınması üçün 8000 pm kanalizasiya xətləri, 35 ədəd kanalizasiya quyusu hidravlik üsulla yuyulub təmizlənmiş, boruların keçiricilik səviyyəsinin saxlanması üçün mütəmadi tədbirlər görülmüşdür.
Sabunçu Telefon Qovşağı tərəfindən Sabunçu qəsəbəsi  Firudin bəy Köçərli küçəsində yeni  512 nömrəli  ONU tipli  ETS istifadəyə verilmişdir. ETS-nin xidməti ərazisində 50 ədəd ağac dirək yenisi ilə əvəz olunmuşdur. 200-dən  artıq  abunəçi  xətti  dəyişdirilmişdir. ETS 450-nin xidməti ərazisində  İlyas Aslanov, Xəstəxanayanı küçələri istiqamətində telefon qurğuları texniki  normaya  gətirilmişdir. 140 ədəd telefon quyusu təmizlənmişdir.
Sabunçu RİH-nin Başçısının xüsusi tapşırığı ilə Sabunçu qəsəbəsi  Asif  Əsədullayev  küçəsində  asfalt  örtüyü  təmir olunmuş, məhəllə daxili yollara asfalt qırıntısı tökülərək yayılmışdır. Həmçinin, Əliyar Əliyev  küçəsində məhəllə daxili yollara asfalt qırıntısı tökülərək  yayılmış, abadlıq işləri aparılmışdır. Yeni çəkilən kanalizasiya xəttinin qəsəbənin Həsən Bəy Zərdabi, X.Natavan və Q.Vəzirov küçələrindən keçən hissəsinin üzərinə yeni asfalt örtüyü vurulmuşdur. Mehdi Hüseynzadə küçəsində 700 metr məsafədə çalalar doldurularaq asfalt örtüyü ilə bərpa olunmuşdur. Şəhər şossesi və Xəstəxanayanı küçələrində həm piyadaların rahat və sərbəst şəkildə hərəkət etməsi üçün səkilərə, həm də  nəqliyyat vasitələrinin rahat hərəkət etməsi üçün yola asfalt örtüyü vurulmuşdur.                    
Sabunçu qəsəbəsində ərazinin sanitar təmizliyi ilə bağlı bir sıra işlər görülmüşdür. Bu müddət ərzində qəsəbə bələdiyyəsi, Rayon KTİ-nin, rayon MKTB-nin 69 saylı MKİS, Bakı şəhər MKTD-nin 3 saylı Xüsusi təyinatlı MKTB-nin 148 saylı MKİS ilə birlikdə təsdiq olunmuş dislokasiya üzrə sanitar təmizlik işləri aparılmış, gündəlik məişət tullantılarının daşınması və küçələrin süpürülməsi təşkil olunmuşdur. İl ərzində mütəmadi olaraq Abdulla Şaiq küçəsində məişət tullantıları təmizlənmiş və torpaq örtüyü ilə hamarlanmışdır. Qəsəbənin Əmir Bağırov küçəsində 1 sakinə məxsus çəpər sökülərək 100 m² dəmir lövhələrlə səliqəli çəpər çəkilmiş, 800 m² hasarlar rənglənmişdir. Şəhər şossesi küçəsində həm Zabrat istiqamətində, həm də şəhər istiqamətində yolun hər iki tərəfində abadlıq işləri aparılmış, hasarlar, obyektlərin və evlərin fasadları rənglənmişdir.
Yavər Əliyev ilə Asif Əsədullayev küçələrinin kəsişməsində 200-ə yaxın həmişəyaşıl ağacları əkilmişdir.
2018-ci ildə qəsəbə üzrə küçə ticarəti və ət satışı mağazalarında qanunsuzluqların aradan qaldırılması məqsədi ilə Sabunçu RPİ-nin, Gigiyena və Epidemiologiya Mərkəzinin, Baytarlıq Ekspertiza Laboratoriyasının əməkdaşlarının  iştirakı ilə mütəmadi reydlər keçirilmiş, aşkarlanmış qanun pozuntuları ilə əlaqədar müvafiq tədbirlərin görülməsi üçün aktlar tərtib olunaraq, cərimə sanksiyaları tətbiq edilmişdir. Əsildar Məmmədəliyev küçəsində, Sabunçu bazarının qarşısında küçə ticarətinə qarşı  qanun  çərçivəsində  müvafiq tədbirlər görülmüşdür.
Hər il olduğu kimi milli bayramlar ərəfəsində şəhid, əlil və kimsəsiz ailələrə, o cümlədən bu qəbildən olan məcburi köçkün ailələrinə qayğı ilə yanaşılmış və onlara maddi köməklik göstərilmişdir.
Xalqımızın qan yaddaşı olan 20 yanvar faciəsi, 26 fevral-Xocalı soyqırımı və 31 mart-Azərbaycanlılarının soyqırımı günləri qəsəbə ərazisindəki bütün müəssisə və təşkilatlarda anılmış, şəhidlər yad olunaraq xatirə mərasimləri təşkil edilmişdir.
20 mart 2018-ci il tarixdə Novruz bayramı ərəfəsində Sabunçu, Bakıxanov, Balaxanı və Ramana qəsəbələrinin sakinləri ilə Ramana Qalası ətrafında keçirilən böyük bayram tədbirində Rayon İcra Hakimiyyətinin rəhbərliyi qəsəbə sakinlərini təbrik etmişdir. Müqəddəs Ramazan bayramı münasibəti ilə qəsəbə sakinləri üçün rayon rəhbərliyinin təşkilatçılığı ilə 150 nəfərlik iftar süfrəsi açılmış, şəhid, əlil və kimsəsiz ailələrə ərzaq bağlamaları verilmişdir.       
Qəsəbənin sosial məsələlərinin həlli ilə bağlı nümayəndəlik tərəfindən qaldırılan hər bir məsələni Sabunçu Rayon İcra Hakimiyyətinin rəhbərliyi diqqətlə dinləmiş və bu məsələlərin həllində lazımi köməkliklər göstərmişdir.
Daha sonra Sabunçu Bələdiyyəsinin sədri Əlfəddin Həsənov 2018-ci il ərzində bələdiyyə tərəfindən görülmüş işlər barədə geniş məlumat verdi.
Hesabat iclasının sonunda qəsəbə sakinlərinin də fikir və təklifləri dinlənildi və aidiyyatı qurumlara müvafiq tapşırıqlar verildi.
Keçidlər